Türkiyə və Rusiya Müdafiə nazirləri Ankarada görüşüblər

2019/02/thumb-1549884638.jpg
Oxunub: 888     15:19     11 Fevral 2019    
Türkiyə Müdafiə naziri Hulusi Akar, Rusiya Federasiyası Müdafiə naziri Sergey Şoyqu ilə Akarada bir araya gəlib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sergey Şoyqu Türkiyə Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılanıb.

Qeyd olunur ki, Şoyqu türkiyəli həmkarı Akarın dəvəti ilə Ankaradadır. İki nazir rəsmi mərasimin ardından görüş keçirib. Görüşdə Türkiyə Milli Kəşfiyyat İdarəsi rəhbəri Hakan Fidan da iştirak edib. Görüşün gündəliyində Suriya məsələsinin olduğu qeyd olunur.

Qeyd edək ki, fevralın 14-də Türkiyə, İran və Rusiya prezidentləri Soçidə görüşəcəklər.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Rusiya  

Türkiyə və Rusiya Müdafiə nazirləri Ankarada görüşüblər

2019/02/thumb-1549884638.jpg
Oxunub: 889     15:19     11 Fevral 2019    