Rusiyanın “Poseidon” sualtı dronunun sınaqlarına başlanılacaq

2019/02/51854-1549879964.jpg
Oxunub: 837     14:05     11 Fevral 2019    
Rusiyanın istehsal etdiyi pilotsuz atom sualtı vasitəsi “Poseidon” bu ilin yayında zavod sınaqlarına başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya müdafiə sənayesindən olan mənbə TASS-a açıqlayıb.

“ “Poseidon” nüvə enerjisindən istifadə edən sualtı avtonom vasitəsinin enerji vahidinin müvəffəqiyyətli sınaqları dronun dənizdə zavod sınaqlarının aparılması üçün yolu açdı. Sınaqlara bu yay əlverişli hava şəraitində başlanılacaq”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, atom enerjisi ilə çalışan sualtı vasitə eyni zamanda nüvə silahı daşımaq qabiliyyətinə malikdir.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Poseidon   Rusiya   Sualtı  

Rusiyanın “Poseidon” sualtı dronunun sınaqlarına başlanılacaq

2019/02/51854-1549879964.jpg
Oxunub: 838     14:05     11 Fevral 2019    