Britaniya Müdafiə naziri: ““Sərt güc”dən istifadəyə hazır olmalıyıq”

2019/02/Gavin-1549875216.jpg
Oxunub: 352     12:52     11 Fevral 2019    
“Britaniya “Brexit”dən sonra qlobal maraqlarını qorumaq üçün “sərt güc”dən istifadəyə hazır olmalıdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri krallığın Müdafiə naziri Qavin Uilyamson səsləndirib.

““Brexit” bizi tariximizin ən böyük anlarından birinə gətirib. Bu elə bir andır ki, qlobal mövcudluğumuzu gücləndirməli, imkanlarımızı artırmalıyıq. Maraqlarımızın müdafiəsi üçün artıq “sərt güc”dən istifadəyə hazır olmaq lazımdır”, - deyə Uilyamson söyləyib.

O, hazırda sülh və müharibə arasındakı sərhədlərin qarışdığını və istənilən hadisəyə hazırlığın vacib olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   Brexit  

Britaniya Müdafiə naziri: ““Sərt güc”dən istifadəyə hazır olmalıyıq”

2019/02/Gavin-1549875216.jpg
Oxunub: 355     12:52     11 Fevral 2019    