Ordu.az xəbər verir ki, Andiçmə mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək, Vətənimizin müdafiəsində və sərhədlərimizin mühafizəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Tədbirdə çıxış edən komandir, qonaqlar və valideynlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər. And içmə mərasimində ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Aprel döyüşləri, Günnüt zəfəri və orduda aparılan uğurlu islahatlar haqqında məlumatlar verilib.

Komandanlığın təbriki oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

Cümşüd Məmmədov
Ordu.az