Rusiya ordusu genişmiqyaslı hava və quru təlimləri həyata keçirir

2019/02/15187-1549868391.jpg
Oxunub: 340     10:51     11 Fevral 2019    
Rusiya ordusu ölkənin bir neçə bölgəsini əhatə edən, havadan və qurudan olmaqla genişmiqyaslı hərbi təlim həyata keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təlim çərçivəsində Hərbi Hava Qüvvələrinin Tu-95MS strateji bombardmançıları şərti rəqibin qurudakı təsisatlarını məhv edib. Bu zaman uzaq mənzilli aviasiya manevrləri, havada yanacaq doldurma və s. əməliyyatlar həyata keçirilib.

Eyni zamanda S-300PS “Favorit” yer-hava raket sistemləri isə İrkutsk regionunda strateji əhəmiyyətli təsisatların müdafiəsini simulyasiya edib və bu zaman ardıcıl hava hücumlarının qarşısı alınıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Tu-95MS   S-300PS  

Rusiya ordusu genişmiqyaslı hava və quru təlimləri həyata keçirir

2019/02/15187-1549868391.jpg
Oxunub: 343     10:51     11 Fevral 2019    