ABŞ və C. Koreya xərclərin paylaşılması ilə bağlı yeni müqaviləni imzaladı

2019/02/20190-1549867028.jpg
Oxunub: 349     10:33     11 Fevral 2019    
Koreya yarımadasında amerikalı hərbi qüvvələrin saxlanması xərclərinə dair yeni müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni müqavilədə Seulun xərcləri 8,2% artırılıb.

Müqavilə bu gün gecə saatlarında Seuldakı Xarici İşlər Nazirliyi binasında sözügedən məsələ üzərində rəsmi danışıqlara Cənubi Koreyadan rəhbərlik edən Çanq Von-sam və onun amerikalı həmkarı Timoti Betts tərəfindən imzalanıb.

Bildirilir ki, bu müqaviləyə əsasən Cənubi Koreya 28500 hərbi qulluqçunun Koreya yarımdasında saxlanması üçün illik 925 milyon dollar xərcləyəcək. Bunun 46,3%-i hərbi konstruksiya, 39%-i koreyalı əməkdaşlar, 15%-i isə hərbi təchizat üçün xərclənəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Cənubi-Koreya  

ABŞ və C. Koreya xərclərin paylaşılması ilə bağlı yeni müqaviləni imzaladı

2019/02/20190-1549867028.jpg
Oxunub: 352     10:33     11 Fevral 2019    