Pentaqon rəhbəri Əfqanıstan liderliyi ilə görüşəcək

2019/02/BC-AS-1549864148.jpg
Oxunub: 277     09:40     11 Fevral 2019    
ABŞ-ın Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanahan bu gün erkən saatlarda Əfqanıstanın paytaxtı Kabilə gedib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şanahan Əfqanıstan prezidenti Əşrəf Qani və digər rəsmilərlə görüşəcək.

Məlumata görə, səfərin əsas məqsədi ABŞ və “Taliban” arasında həyata keçirilən sülh danışıqlarında mərkəzi hökumətin iştirakı ilə bağlı müzakirələr aparmaqdır.

Xatırladaq ki, ilin əvvəlindən etibarən vəzifəni Ceyms Mettisdən təhvil alan Şanahan əfqan hökumətinin danışıqlar prosesində iştirakının vacib olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan   Taliban  

Pentaqon rəhbəri Əfqanıstan liderliyi ilə görüşəcək

2019/02/BC-AS-1549864148.jpg
Oxunub: 280     09:40     11 Fevral 2019    