Ermənistan ordusunun hərbçisi ölüb - Rəsmi qurumlar susur

2019/02/34534-1549778983.jpg
Oxunub: 2269     10:08     10 Fevral 2019    
Yeni il gecəsi Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində güllə yarası alan hərbi qulluqçu ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə haqqında Ermənistan Müdafiə Nazirliyi və İstintaq Komitəsi məlumat yaymayıb.

Məlumata görə, yeni il gecəsi güllə yarası alan müqaviləli erməni hərbi qulluqçu Edqar Qriqoryan ölüb.

Ermənistan Müdafiə Nazirliyindən KİV-lərin "MN hadisə haqqında niyə məlumat yaymayıb? Hərbçinin ölümü hansı şəraitdə baş verib?" sualına bu şəkildə cavab verilib: "2019-cu ilin yanvarın 1-də, saat 04:00 radələrində, Ermənistan MN-in "N" saylı hərbi hissəsinin döyüş mövqelərində həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusu Edqar Eduard Qriqoryan sinəsindən güllə yarası almış vəziyyətdə tapılıb. O, Meğri tibb mərkəzinə yerləşdirilib və saat 08:10 radələrində ölüb.

Hadisə ilə bağlı İstintaq komitəsində Ermənistan cinayət məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi ilə (intihar vəziyyətinə çatdırma) cinayət işi açılıb.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı yazılı sorğuya heç bir cavab verməyib. Erməni hərbi qulluqçu üç uşaq atasıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Ermənistan ordusunun hərbçisi ölüb - Rəsmi qurumlar susur

2019/02/34534-1549778983.jpg
Oxunub: 2270     10:08     10 Fevral 2019    