Qriqoryanın müayinəsi zamanı xroniki xəstəliklər aşkarlanıb

2019/02/45654-1549709734.jpg
Oxunub: 336     16:53     09 Fevral 2019    
Ermənistan parlamentinin keçmiş deputatı Manvel Qriqoryan “Nairi” tibb mərkəzində qalmağa davam edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən aparılan müayinələrdən sonra həkimlər kollegiyası Manvel Qriqoryanın stasionar şəraitdə müalicə alması zərurəti barədə yekun qərara gəliblər.

Bu barədə mətbuata açıqlama verən Ermənistanın “Nairi” tibb mərkəzinin direktoru həkim Anatoli Qnuni bildirib ki, Manvel Qriqoryanda xronik xəstəliklərin dekompensasiyasının yarandığı aşkarlanıb. Onun neçə müddət xəstəxanada qalacağına dair suala cavabında, həkim bildirib ki, ilk növbədə dekompensasiya kompensasiyalaşdırılmalıdır ki, müalicənin və çıxarılması tarixini demək mümkün olsun. Qriqoryanın vəkili qeyd edib ki, onun vəziyyəti pisdir, müalicəsi davam edir. Görüşə qoyulan qadağa ləğv edilmədiyinə görə, yaxınları ilə görüş mümkün olmayıb.

Xatırladaq ki, 2018-ci il dekabrın 21-də Manvel Qriqoryan 25 milyon dram müqabilində həbsdən azad edilib. Dekabr 24-də isə erməni prokurorluğu Manvel Qriqoryanın həbs qəti imkan tədbirinin dəyişdirilməsinə qarşı apelyasiya şikayəti verib. Cari il yanvarın 22-də Ermənistanın Apelyasiya Məhkəməsi Respublika Baş Prokurorluğunun ilkin instansiya məhkəməsinin girov müqabilində erməni parlamentinin keçmiş deputatı, “Yerkrapah” təşkilatının keçmiş sədri Manvel Qriqoryan barədə qərarına qarşı apellyasiya şikayətinin təmin edilməsinə qərar verib və o, yenidən həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Qriqoryanın müayinəsi zamanı xroniki xəstəliklər aşkarlanıb

2019/02/45654-1549709734.jpg
Oxunub: 337     16:53     09 Fevral 2019    