ABŞ danışıqlarda möhkəmlənmək üçün “Taliban”a qarşı hücumlarını artırır

2019/02/10652-1549702907.jpg
Oxunub: 1257     13:43     09 Fevral 2019    
ABŞ ordusu Əfqanıstanda “Taliban” rəhbərliyi və döyüşçülərinə qarşı hava hücumları və reydlərini artırıb.

Ordu.az “New York Times”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentindən olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, hücumların artırılmasında məqsəd tərəflər arasında davam etməkdə olan sülh danışıqlarında rəsmi Vaşinqtonun mövqeyini möhkəmləndirməkdir və artıq “Taliban” bu artımdan şikayətini ifadə edib.

Birləşmiş Ştatlar 2018-ci ildə Əfqanıstanda 7 mindən çox raket, bomba və digər növ mərmi endirib. Halbuki bu rəqəm 2014-cü ildə 2365 olub. Təkcə ötən ilin sentyabrından etibarən Pentaqon ölkədə 2 mindən çox hava və artilleriya hücumu həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Taliban  

ABŞ danışıqlarda möhkəmlənmək üçün “Taliban”a qarşı hücumlarını artırır

2019/02/10652-1549702907.jpg
Oxunub: 1258     13:43     09 Fevral 2019    