İran XİN: Raket imkanlarının artırılması davam edəcək

2019/02/thumb-1549702842.jpg
Oxunub: 700     13:12     09 Fevral 2019    
“İran özünün müdafiə və raket imkanlarını artırmağa yönəlik çalışmalarına davam edəcək”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi səsləndirib.

ABŞ-ın rəsmi Tehranın BMT Baş Assambleyasının İran ilə razılaşdırılmış nüvə sazişini dəstəkləyən 2231 saylı qərarına zidd fəaliyyət göstərməsi ilə bağlı iddiaları haqqında açıqlama verən Qasımi Vaşinqtonun bu kimi bəyanatlarla öz yanlış strategiyasının üstünü örtməyə çalışdığını bildirib.

O, təzyiq və sanksiyalarla heç kimin İran xalqını seçdiyi yoldan çəkindirə bilməyəcəyini vurğulayıb və ölkənin müdafiə, raket imkanlarını təkmilləşdirməyə davam edəcəyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

İran XİN: Raket imkanlarının artırılması davam edəcək

2019/02/thumb-1549702842.jpg
Oxunub: 701     13:12     09 Fevral 2019    