Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?

2019/02/cyber-1549702636.jpg
Oxunub: 1217     12:46     09 Fevral 2019    
ABŞ Milli Müdafiə Aktının (MMA) hazırlanması, müzakirəsi və qəbulu Müdafiə Nazirliyinin illik büdcəsini təyin edən bir hadisədir. 2018-ci il üçün MMA-nın təcəssümü odur ki, Ağ Ev və Müdafiə Nazirliyi kibertəhlükəsizliyi, o cümlədən kiber müharibə məkanında milli standartlar və təlimatlarını əhəmiyyətli dərəcədə araşdırır. Bütün bu tədbirlər bu məsələlər üçün milli mövqenin inkişafını araşdırmalıdır.

Sənədin XVI Başlığının C yarımbaşlığı “Kiberməkanla əlaqəli məsələlər” adı altında, “Kasperski” Laboratoriyasının məhsullarını federal sistemlərdə (bölmə 1634) məhdudlaşdırılmasından ibarət olan bir neçə təklif və tələbləri özündə ehtiva edir. Bundan əlavə, ABŞ MN üçün “blockchain” texnologiyalarının tətbiqi (bölmə 1646) və hətta nazirliyə seçkilərdə kiber zəiflikləri qiymətləndirmə, aşkar etmə və dövlət orqanlarına kömək etmə səlahiyyətini verir (bölmə1638).

Bundan əlavə, Konqres MN-in kiber müharibə üçün beynəlxalq hüquq normalarının inkişafında Amerikanın rəhbər rolunu artırmasını istəyir. Bunlar ABŞ-ın milli kibertəhlükəsizlik mövqeyinin vacib aspektləri olsa da, daha böyük bir araşdırmanın tərkib hissəsidir. Bəs ABŞ-ın kiber vəziyyəti və mövqeyi nədir?

Bu bölmə MN-in bu suallara cavab olaraq təhlil və cavab təklif etmək tələb edən müddəalarını özündə ehtiva edir. Konqres, bu vacib məsələlərlə yüksək səviyyədə diqqət çəkmək üçün öz gücünü istifadə edir.

1631-ci müddəada qeyd edilir ki, Müdafiə naziri Aşağı Palata və Senatı baş vermiş kiber hücumlar barədə 48 saatdan çox olmayan müddətdə məlumatlandırsın. Bu bölmə MN-in şəbəkələrindən kənarda baş verən hücumları “həssas hərbi hərəkətlər” kimi təyin edir. Hər iki halda da cavab əməliyyatı ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirilməlidir və Birləşmiş Ştatların ya hərbi əməliyyatlara cəlb edilmiş olduğu və ya hərbi əməliyyatları elan etdiyi coğrafi ərazidə baş verməlidir.
Aydındır ki, Konqres MN-in kiber domeyndəki fəaliyyətlərinə münasibətdə nəzarət rolunu genişləndirməyi seçib. Konqres xüsusi olaraq Müdafiə nazirinin “hər hansı bir qanuni məhdudiyyət də daxil olmaqla, əməliyyatlarda tətbiq olunan səlahiyyətlər və hüquqi məsələlər haqqında ümumi baxışını” təqdim etməsini tələb edir.

Bu müddəalar Konqresin özünün məlumatlandırılması və MN-in kiber əməliyyatlara təsir göstərən beynəlxalq hüquqi məsələlərlə və ölkənin kibertəhlükəsizlik mövqeyini daha geniş şəkildə yayılmasında iştirakının təmin olunmasında maraqlı olduğunu əks etdirir.
2018-ci maliyyə ilində ABŞ Milli Müdafiə Aktında (MMA) Konqres yalnız kiber müharibə və kiber hücum əməliyyatlarına diqqət yetirməyib, həmçinin Konqresin İcraedici Hakimiyyəti milli kibertəhlükəsizlik üzrə müdafiə planının hazırlanmasını təşviq edib.

Xüsusilə, Konqres milli kiber siyasətin inkişafının lazımlı olduğunu qeyd edib. Koqresmenlər Müdafiə İnformasiya Sistemləri Agentliyinin büdcəsinin 40%-ni belə bir siyasətin inkişafına sərf etməyə hazırdırlar.

Konqres milli siyasəti inkişaf etdirərkən İcraedici Hakimiyyətə beş əsas ünsürə diqqətini yönəltməsini tapşırıb:

1. İcraedici Hakimiyyət Amerika Birləşmiş Ştatlarını hədəf alan, xarici aktor tərəfindən zərərli kiber fəaliyyətlərin qarşısını almaq və ya cavab vermək üçün mümkün vasitələrdən istifadə etməlidir.
2. İcraedici Hakimiyyət potensial rəqib tərəfindən potensial kiber hücumların çoxçeşidli mümkünlüyü qarşısında ABŞ-ın insidentə qarşı reaksiya planını hazırlamalıdır.
3. Birləşmiş Ştatların siyasi bütövlüyünə, iqtisadi təhlükəsizliyinə və ABŞ-ın milli təhlükəsizliyinə həyati vacibliyi olan infrastrukturlara qarşı hücumların (o cümlədən texniki və digər vasitələrin) müdafiə edilməsi, azaldılması və dayandırılması barədə planları müəyyənləşdirməlidir.
4. İcraedici Hakimiyyət onu da müəyyənləşdirməlidir ki, kiber domeyndən ABŞ-a, onun vətəndaşlarına və ya Amerika şirkətlərinə qarşı kiber hücumlar etmək istəyən xarici qüvvələrə qarşı cavabların verilməsi üçün hansı üsullar istifadə edilə bilər;
5. İcraedici Hakimiyyət aşağıdakılara dair proqramlar hazırlayacaq;
6. Amerika Birləşmiş Ştatlarının məhvetmə və çəkindirmə qabiliyyətlərini təmin etmək üçün həyati vacib ABŞ hücum sistemlərini (həm kiber, həm də kinetik) gücləndirmək;
7. Potensial xarici düşmən qüvvələrin strateji hədəflərinin müəyyən edilməsi də daxil olmaqla kiber hücum imkanlarının inkişafı;
8. Zərərli kiber fəaliyyətlərin təsbit olunması və qarşısının alınması üçün kiber təhlükəsizlik kəşfiyyatını gücləndirmək.

Bu maddələr hərtərəfli milli kiber siyasətin hər bir elementini təmsil etməsə də, Konqresin bu addımların Amerikanın kiber mövqeyini hazırlamaq prosesində fəal rol oynamaq üçün seçdiyi aydındır. Konqres açıq şəkildə düşünür ki, çəkindirmə hər hansı bir milli kiber müdafiə siyasətinin əsas elementidir, lakin elmi dairələr kiberməkanda çəkindirmə yanaşmasının mövcudluğu barədə kəskin fərqliliklərə sahibdir.

Milli kiber siyasətin inkişaf etdirilməsinə əlavə olaraq, 2018-ci maliyyə ili üçün ABŞ MMA milli təhlükəsizliyi gücləndirmək üçün MN-in missiyasını asanlaşdırmaq üçün bir sıra əlavə müddəalar təklif edib. Məsələn, Aktın 1637-ci Bölməsində Konqres MN-ə “Nazirliyin elementləri arasında strateji informasiya əməliyyatları və kiber effektiv informasiya əməliyyatlarını inteqrasiya etmək” üçün prosesləri və prosedurları yaratmağa rəhbərlik etməklə bağlı öhdəlik qoyur.

Bu müddəa ilə Konqres MN-də və bütün ABŞ Silahlı Qüvvələrində bir mühit yaratmağı ümid edir. Elə bir mühit ki, Nazirlik tərəfindən bu cür əməliyyatlar aparılması ilə bağlı bütün müdafiə sahəsi üzrə geniş bir strategiya, planlaşdırma və büdcənin inkişafı üçün əlverişlidir. Ümid odur ki, bu vəzifə ilə kiber təhlükəsizlik bütün MN-də layihələrin başlanğıcından planlaşdırılan və şöbənin bütün sahələrinə hərtərəfli inteqrasiya olunmuş “bişmiş” bir konsepsiya halına gələcək.

2018-ci il üçün Milli Müdafiə Aktında, Konqres kibertəhlükəsizliyin və kiber müharibənin Müdafiə Nazirliyi üçün prioritet olduğunu vurğuladı və daha da önəmlisi, Amerika siyasətini, praktikasını və mövqeyini inkişaf etdirmə prosesinə qəti şəkildə daxil etdi. Estoniyanın Tallin şəhərində ilk sənədləşdirilmiş kiber hücumlardan etibarən təxminən 5 ildir ki, kiber səhə ABŞ milli təhlükəsizliyində dünya miqyasında təhdid qiymətləndirilməsinin əsas gündəminə daxil edilib. Xüsusilə də, sonuncu ABŞ prezident seçkilərindən sonra bu məsələ daha çox müzakirələrə səbəb olub və davam edəcəyi də güman edilir.

Artıq ABŞ başda olmaqla bir çox dövlətlər kibertəhlükəsizlik məsələlərini öz strategiyalarında və digər hüquqi dəyərə malik müdafiə sənədlərinə əsas məsələ kimi daxil edir.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kibertəhlükəsizlik   ABŞ  

Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?

2019/02/cyber-1549702636.jpg
Oxunub: 1218     12:46     09 Fevral 2019    