Pakistanda 46 donanmanın iştirakı ilə hərbi dəniz təlimləri başlayıb

2019/02/photo-1549700672.jpg
Oxunub: 585     12:12     09 Fevral 2019    
Pakistanda 46 ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirak edəcəyi beş günlük “Aman-2019” beynəlxalq təlimi başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iştirakçı ölkələr arasında Pakistanla yanaşı, ABŞ, Britaniya, Yaponiya və s. də var.

Ərəbistan dənizinin şimalında, Kəraçi limanının yaxınlığında təşkil olunan təlimin məqsədi terrorçular, qaçaqmalçılar, dəniz quldurlarına qarşı birgə mübarizə imkanlarının möhkəmləndirilməsidir.

Qeyd edək ki, bu təlimlər hər iki ildən bir təşkil olunur və bu il keçirilən təlim altıncıdır. Təlimdə çox sayda gəmilər, təyyarə, xüsusi təyinatlı qüvvə və beynəlxalq müşahidəçilər də iştirak edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan   Təlim  

Pakistanda 46 donanmanın iştirakı ilə hərbi dəniz təlimləri başlayıb

2019/02/photo-1549700672.jpg
Oxunub: 586     12:12     09 Fevral 2019    