Arktik regionu: İqtisadi inkişaf, yoxsa gələcəyin döyüş məkanı?

2019/02/7686-1549696214.jpg
Oxunub: 1402     11:23     09 Fevral 2019    
“Arktik regionu Rusiyanın Məkkəsidir”: Rusiyanın Baş nazirinin sabiq müavini, hazırkı “Roscosmos”un Baş direktoru

Arktik regionu Rusiya üçün hər zaman əhəmiyyətli olub, qlobal istiləşmə isə əvvəllər əlçatmaz olan neft və qaz resurslarını əlçatan etmək və yeni gəmiçilik marşrutları yaratmaqla onun əhəmiyyətini daha da artırıb. Rusiya bu regionda iqtisadi inkişafa nail olmaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulasa da, son bir neçə ildir ki, ölkə bu bölgədə hərbi bacarıqlarını da artırmağa çalışır. Bu yazıda Arktik regionunda Rusiyanın maraqları və siyasətini analiz edəcək, Moskvanın burada istifadə etdiyi iqtisadi və hərbi güc vasitələrindən bəhs edəcək və Arktikin gələcəyi ilə bağlı proqnozları qeyd edəcəyik.

Rusiyanın maraqları və siyasəti

Rusiyanın Arktikdəki maraqları onun ümumilikdə milli maraqlarına uyğunluq təşkil edir. Soyuq Müharibənin bitməsi ilə Sovet kommunist əsaslı milli maraqlar yox oldu. 1990-cı illərdə isə daxili münaqişələr və narahatlıqlar Rusiya üçün milli maraqlarını yenidən müəyyənləşdirməyi çətinləşdirdi. Vladimir Putinin 1999-cu ildə prezident olması ilə qısa zamanda aydın oldu ki, onun prioriteti Rusiyanı dünyanın ən nəhəng güclərindən biri olacaq şəkildə yenidən qurmaqdır. Bu, Rusiyanın 2015-ci il Milli Təhlükəsizlik Strategiyasında da öz yerini alıb: “Ölkənin əsas uzunmüddətli marağı Rusiyanı qlobal lider statusuna çatdırmaqdır”. Bu məqsədə çatmaq üçün isə Rusiya hərbi gücü və iqtisadi inkişafı üzərində fokuslanıb.

Arktik ənənəvi olaraq Rusiyanın həm iqtisadiyyat, həm də hərb sahəsi üçün əhəmiyyətli olub. Hazırda region Rusiya ÜDM-sinin 20%-ni təşkil edir və ixracatın 22%-i buradan keçir. İqlim dəyişikliyi və neft, qaz və digər mineralları əldə etmənin asanlaşması onun əhəmiyyətini artırır. Rusiya liderləri yaxşı başa düşür ki, Rusiyanı böyük güc statusuna gətirəcək geosiyasi təsir gücünə malik olmaq Rusiyanın Arktikdəki enerji və resurs təminatçısı mövqeyindən keçir.

2009-cu il Rusiyanın Arktik Siyasətində bildirilib ki, ölkənin bu regiondan istifadəsinin əsas məqsədi sosial və iqtisadi inkişafa nail olmaqdır. Sözügedən Siyasət sülh və əməkdaşlığın, ətraf mühitin və Şimal Dənizi marşrutunun qorunmasını da əhəmiyyətli məqsədlər kimi vurğulayıb. Bu sənəddə hərbi təhlükəsizlik xarakterli məsələlər olduqca az yer alıb. Lakin Rusiya raketlərinin ABŞ-a çatması üçün ən qısa yolun Şimal Qütbündən keçdiyini nəzərə alsaq, Arktikin Rusiya üçün hərbi cəhətdən önəmini anlaya bilərik. Bundan əlavə, Baltik, yaxud Qara dənizdəki filotiliyalardan fərqli olaraq Şimal filotiliyası sərbəst şəkildə Arktikdən Atlantik və ya Sakit okeana keçid edə bilər. Buzların əriməsi ilə hərəkət qabiliyyəti daha da artır. Beləliklə, Rusiya Arktikdəki siyasətini həyata keçirmək və maraqlarını təmin etmək üçün həm iqtisadi, həm də hərbi vasitələrdən istifadə edir.

İqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq

Son bir neçə ildə Rusiyanın Arktik regionundakı fəaliyyəti iqtisadiyyatın prioritet olduğundan xəbər verir. Burada ən qiymətli iqtisadi resurs hidrokarbondur. 2013-cu ildə Yeni Torpaq adasının cənubunda “Prirazlomnoye”da ilk neft yatağı işə düşdü, hazırda isə bənzər layihələr davam edir. Rusiya başa düşür ki, onun iqtisadi maraqları böyük dərəcədə beynəlxalq əməkdaşlıqdan asılıdır. Soyuq Müharibədən etibarən Rusiya Arktik münaqişəsi ilə bağlı beynəlxalq qanunlar, struktur və proseslərin vacibliyini göstərib. Buna Rusiyanın Arktikdə genişlənmiş quru əraziləri üzrə suverenlik tələbini misal gətirmək olar. BMT bu müraciəti ilk dəfə qəbul etməsə də, Rusiya 2016-cı ildə müraciətini yenilədi və Arktik Şurasının görüşlərində iştirak etməyə davam etdi. Ölkə Arktik qonşuları ilə ərazi mübahisələrini həll etmək üçün qarşılıqlı həllər tapmaqda da maraqlı olduğunu göstərib. Norveçlə 2010-cu ildə Barens dənizində məhdudlaşma ilə bağladığı müqavilə Rusiyanın necə güzəştə getdiyinin bir göstəricisidir. Ölkənin Arktikdə əməkdaşlıq və güzəştə baxış bucağı Suriya və Ukrayna kimi digər beynəlxalq məsələlərə yanaşmasından təmamilə fərqlidir. Buna görə də, bu əməkdaşlığın Rusiyanın Arktikdəki xüsusi maraqları və mövcud şərtlərə görə olduğunu demək olar.

Avropa Rusiya hidrokarbon resursları üçün ən böyük bazardır. Əməkdaşlıq yanaşmasının bir səbəbi bu bazarı mümkün qədər risklərdən uzaq tutmaqdır. Qeyd etmək lazımdır ki, indiyə qədər Qərbdən Rusiyaya qoyulan sanksiyalar neft və qazı ehtiva etməyib. Rusiyanın əməkdaşlıqda könüllü olmasının digər bir səbəbi isə hidrokarbon sənayesinin inkişaf etdirilməsində Qərb texnologiyasından asılılıqdır. Fransanın “Total” və ABŞ-ın “ExxonMobil” şirkətləri Rusiyanın Arktik bölgəsində yeni neft və qaz yataqlarının tədqiq edilməsi və inkişafında iştirak etmək üçün buraya dəvət edilib. Lakin Arktikdən neft və qaz çıxarmağın çətinliyi və xərcləri qazanıla biləcək gəlirləri olduqca məhdudlaşdırır.

Rusiyanın Arktikdəki ikinci iqtisadi layihəsi Şimal dənizi marşrutunun inkişaf etdirilməsidir. Avropa və Asiya arasında yeni və daha qısa ticarət yollarının yaradılması həmişə gündəmdə olan bir mövzu olub, Rusiyanın regionda buz qırıcılarının sayını artırması və ölkənin şimal sərhədlərində dəniz limanlarının yaradılması onun bu məsələdəki ambisiyasından xəbər verir. Lakin kəskin şərait, xərclər və gəmilərin ölçülərinə olan limitləri nəzərə alsaq, yaxın gələcəktə bu marşrutun mövcud ticarət xəttini əvəzləyəcəyini demək mümkün olmur. Buna görə də, Rusiyanın buradakı fəaliyyəti, əsasən, tanınma amili ilə bağlıdı. 2007-ci ildə Şimal Qütbündə dəniz döşəməsinə Rusiya bayrağının asılması və 2015 və 2016-cı illərdə buraya hərbi paraşütlərin enməsi ölkənin tanınmada və regionda resurslar üzrə idarəçilikdə maraqlı olduğunu vurğulayır.

Hərbi modernləşdirmə və beynəlxalq qarşıdurmalar

Rusiyanın Arktikdəki hərbi fəaliyyəti silahlı qüvvələrdəki ümumi inkişafla bağlıdır. Nüvə silahları Rusiya SQ-nin təməl daşıdır və təhlükədən qorunmaq üçün Moskva bu silahlara arxalanmağa davam edir. Buna görə də ölkənin silah modernləşmə proqramında əsas yeri strateji nüvə silahlarının modernləşdirilməsi tutur. Bununla belə, bu proqram çox sayda ənənəvi silahın müasirləşdirilməsini də ehtiva edir. Ölkə bundan başqa, “lazımi döyüş potensialının qorunması” çərçivəsində bir neçə yeni bölmə və baza da yaradıb. Belə bölmələrin ən əhəmiyyətlilərindən biri Rusiyanın Arktikdə əməliyyatlar aparmasını asanlaşdıran Arktik Birgə Strateji Komandanlığıdır.

Rusiyanın Arktikdəki bəzi hərbi fəaliyyətləri, məsələn axtarış və xilasetmə bazalarının yaradılması yerli və beynəlxalq kommersial fəaliyyətə dəstək olmaq üçündür. Qırıcı bazaları və qanadlı raket sistemlərinin yerləşdirilməsi isə bu regionda ordunun strateji gücünü göstərir. Rusiya qlobal liderlik məqsədinə nail olmaq üçün Arktikdə nüvə silahlı və uzaqmənzilli bombalara malik sualtılardan istifadə etməyi də planlaşdırır. Modernləşdirmə proqramı ilə “Kalibr” qanadlı raketləri kimi yeni silahların təqdim edilməsi və hazırda mövcud olan S-400 kimi sistemlərin təkmilləşdirilməsi Rusiyanın hərbi vasitələrini daha da artırır. Müasir silah sistemlərinin təqdim edilməsi, yeni bölmələrin yaradılması, təlimlərin artırılması, Ukrayna və Suriyada nümayiş etdirilmiş hərbi bacarıq Qərb ekspertlərini Rusiyanın Qərblə arasındakı texnoloji boşluğu tamamladığına inandırıb.

Rusiyanın Arktikdə hərbi gücünün artması 2 yolla istifadə edilə bilər. Birincisi “Bastion” Müdafiə Konsepsiyası adlandırılır və Rusiyanın Arktik regionundan fəaliyyət göstərən atom sualtılarının müdafiəsini nəzərdə tutur. Ölkənin ballistik raket sualtılarındakı nüvə silahları Rusiyanın çəkindirmək siyasətinin mühüm komponentləridir. Buna görə də, dünyanın istənilən yerində Rusiya maraqlarını təhdid edən bir hadisə yaşanarsa, bu konsepsiya istifadə edilə bilər. Belə olduqda, Rusiya Arktikdəki bazaları vasitəsilə digər ölkələrin regiona əlçatanlığını bloklaya və nüvə bacarıqlarını qoruya bilər. İkinci yol isə Rusiyanın beynəlxalq əməkdaşlıqla nail ola bilmədiyi məsələləri həll etmək üçün hücum strategiyasının istifadəsini nəzərdə tutur. Beləliklə, Rusiyanın Arktikdə də bunu etmək ehtimalı var. Rusiya hibrid müharibə konsepsiyası və müharibənin digər vasitələrindən istifadə edərək beynəlxalq müharibə başlatmadan bunu edə bilər. Ölkənin Arktikdə hərbi mövqeyini gücləndirməsi və lokal üstünlüyü eskalasiyanı istənilən opponent üçün təhlükəli edə bilər.

Gələcəyə baxış

Norveçli tədqiqatçı Fridgof Nansen hələ ötən əsrin əvvəlində Rusiyanı “gələcəyin torpağı” adlandırmışdı. Bu görüş bu gün də keçərlidir. Arktikdəki bol resurslar bu gün də istifadə edilə bilər. Bunun fərqində olan Rusiya səlahiyyətliləri iqtisadi inkişafa yönələrək Arktikdəki idarəçiliyi gücləndirməyə çalışırlar. Rusiya regional tərəfdaşlarla beynəlxalq əməkdaşlığın önəmini vurğulasa da, bu, yalnız Rusiyanın maraqlarına xidmət etdiyi müddətcə qüvvədə qala bilər və hərbi gücdən istifadə istisna deyil. Hazırkı təhlükəsizlik vəziyyətində iqtisadi inkişaf əsaslı beynəlxalq əməkdaşlıq getdikcə azalır və bu, gələcəyin silahlı qarşıdurmasından xəbər verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Arktik   Rusiya  

Arktik regionu: İqtisadi inkişaf, yoxsa gələcəyin döyüş məkanı?

2019/02/7686-1549696214.jpg
Oxunub: 1403     11:23     09 Fevral 2019    