“Bəyənsək də, bəyənməsək də, biz Əfqanıstanda məğlub olduq” – ABŞ generalı

2019/02/5c5e0-1549689396.jpg
Oxunub: 600     09:15     09 Fevral 2019    
““Taliban” qalib gəlib, sadəcə biz bunu hələ də özümüzə qəbul elətdirə bilmirik”.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın ehtiyatda olan briqada generalı Don Bolduk səsləndirib.

ABŞ ordusunun Əfqanıstan kampaniyasında Xüsusi Təyinatlılardan ibarət birliyə komandirlik etmiş Bolduk burada xidmət etdiyi 5 il ərzində 69 itki verib. O, bunu yanlış siyasət və strategiya üçün ödənilmiş bədəl kimi qiymətləndirib.

“Onlar tələb olunanı, doğru şeyi etdilər və həlak oldular. Çünki bizim siyasət qurucularımız, ən yüksək səlahiyyətli hərbi liderlərimiz yanlış qərarlar verir, strategiya yeridirlər. Bəyənsək də, bəyənməsək də, bu belədir, biz Əfqanıstanda məğlub olduq”, - deyə general vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan   Taliban  

“Bəyənsək də, bəyənməsək də, biz Əfqanıstanda məğlub olduq” – ABŞ generalı

2019/02/5c5e0-1549689396.jpg
Oxunub: 601     09:15     09 Fevral 2019    