Pentaqonun kiber kəşfiyyatı gücləndirəcəyi 3 yol

2019/02/15156-1549632074.jpg
Oxunub: 483     21:20     08 Fevral 2019    
Birləşmiş Ştatlar Tramp administyrasiyasının yeni kibertəhlükəsizlik strategiyası ilə ayaq uydurmaq üçün kiber kəşfiyyat orqanları və onların imkanlarını genişləndirməlidir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hazırda vəzifədə olan və sabiq hökumət rəsmiləri akademiklər danışırlar.

Rəsmilərin sözlərinə görə, ABŞ kəşfiyyat dairələrinin amerika kompüter şəbəkələri, xarici rəqiblər və üçüncü tərəf ölkələrin müşahidəsini gücləndirmə imkanları Tramp administrasiyasının kiberməkanda daha aqressiv olma planının ayrılmaz hissəsidir.

“Biz ABŞ-ın xarici kiber kampaniyaların hədəfi ola biləcək institutları, xüsusilə ölkənin kritik infrastruktur qurumları ilə hər hansı bir böhranın baş verməsindən öncə əlaqələr qururuq. Bu elə bil mübarizə platformasıdır ki, şəbəkələrin 90%-i özəl sektora məxsusdur. Ona görə də özəl sektor nümayəndələri ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”, - deyə ABŞ Kiber Komandanlığının rəhbəri general Paul Nakason bildirib.

Nakasonun sözlərinə görə, rəhbərlik etdiyi komandanlıq “öndə müdafiə et” konsepsiyasını qəbul edib. Konsepsiyanın məqsədi kiber heyətlərin düşmən fəaliyyətlərinə qarşı onların öz virtual ərazisində mübarizəsini təmin etməkdir.

“Kiber Komandanlığın missiyasının konspeptləşdirilməsi düşmən qüvvələri, imkanları, vərdişləri, əməliyyat məkanları və niyyətləri barəsində real zaman çərçivəsində, həssas və ən son məlumatın olmasını tələb edir”, - deyə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş sədr müavini Kris İnqlis özünün “Baytlar, Bombalar və Cəsuslar” kitabında qeyd edib.

O, kəşfiyyat və müşahidə fəaliyyətlərinin gücləndirilməsi üçün 3 əsas sahəni təklif edir.

Bunlardan birincisi həm Pentaqon, həm də rəqibin şəbəkələrinə yerləşdirilən sensorların təkmilləşdirilməsidir. İkincisi ikitərəfli və çoxtərəfli informasiyanın daha geniş paylaşılmasının əhəmiyyətidir. İnqlisin sözlərinə görə, özəl kritik infrastruktur kompaniyaları ilə daha geniş əlaqə saxlanmalıdır. Ən nəhayət sonuncu isə kəşfiyyat tələbləri və hücum xarakterli kiber əməliyyatların gücləndirilməsinə yardım edəcək təhdid xəbərinin kommersial istifadəsidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Kiber-məkan  

Pentaqonun kiber kəşfiyyatı gücləndirəcəyi 3 yol

2019/02/15156-1549632074.jpg
Oxunub: 484     21:20     08 Fevral 2019    