Rusiya HHQ niyə F-22 və ya F-35 kimi stels hərəkət edə bilmir

2019/02/Sukho-1549631747.jpg
Oxunub: 1830     19:31     08 Fevral 2019    
Kreml ötən ay bildirdi ki, yeni təyyarə və helikopterlərin geniş həcmdə əldə edilməsi ilə Rusiya Hərbi Hava Qüvvələrinə özünün 3600 təyyarəsinin az qala üçdə-ikisini gücləndirmək mümkün olub. Lakin Rusiyanın yeni hərbi təyyarələrinin sürəti onun əsas rəqibi Birləşmiş Ştatlardan çox geri qalır, üstəlik ABŞ-dan fərqli olaraq, Rusiya təyyarələrində stels keyfiyyətlər yoxdur.

Rusiyanın ötən il ərzində silahlanmaya əlavə etdiyi təyyarələr Su-35S və Su-30SM qırıcıları, Su-34 bombardmançıları, Ka-52 hücum helikopterləri, Yak-130 təlim təyyarəsi və s-dir. Bunlara əlavə olaraq Rusiya təxminən 300 təyyarəlik kiçik dəniz aviasiya qanadına da sahibdir. QQ-nin öz aviasiya qanadı olmasa da, HHQ onu nəqliyyat, hücum helikopterləri və təyyarə ilə təmin edir.

Həm Rusiya, həm də ABŞ son dövrlərdə öz eskadrilyalarının 2-3%-ni effektiv şəkildə yeniləməyə imkan verəcək sayda təyyarə alsa da, Rusiyanın yeni təyyarələri texnoloji baxımından çox geri qalır. Moskvanın son illərdə aldığı bütün təyyarələrin hamısı ilk dəfə 1980-ci illərdə istifadəyə verilən Su-27-nin versiyalarıdır.

Ötən il Rusiya yeni nəsil ilk təyyarəsi stels Su-57-nin kütləvi istehsalını ləğv etdi. Kreml avqustda 12 ədəd standart Su-57-nin istehsalını sifariş edib. O, ilk nizamlı eskadrilyanın bu il ərzində formalaşdırılacağına ümid edir. Lakin iqtisadi çətinlikdən dolayı hərbi büdcənin sabitləşdirilməsi ilə Moskva bu təyyarələrdən çox sayda almamağa qərar verdi. Bu qərarı yaxşı bir xəbər kimi təqdim etmək üçün Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov bildirib ki, Su-57 dünyanın ən yaxşı təyyarələrindən biri kimi hesab edilir və buna görə də, beşinci nəsil təyyarənin kütləvi istehsalı üzərində çalışmaları sürətləndirmək məntiqli deyil.

Nəticə etibarilə, Moskva 2018-ci ildə 100 yeni təyyarə alması və bu tendensiyanı bu ildə davam etdirmək planları ilə qürrələnsə də, əslində Rusiya HHQ sadəcə ümumilikdə qeyri-stels dizaynlarla öz inventarının davamlılığını təmin edir. Bununla paralel olaraq Birləşmiş Ştatlar isə özünün daha böyük eskadrilyasını saxlayır və ən yeni radar əleyhinə texnologiyalarla təmin olunmuş təyyarələrinin sayını artırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   HHQ  

Rusiya HHQ niyə F-22 və ya F-35 kimi stels hərəkət edə bilmir

2019/02/Sukho-1549631747.jpg
Oxunub: 1831     19:31     08 Fevral 2019    