Əfqanıstanda 30-a yaxın qiyamçı öldürülüb

2019/02/DxXBJ-1549630580.jpg
Oxunub: 1234     17:42     08 Fevral 2019    
Əfqanıstan Təhlükəsizlik Qüvvələri tərəfindən ölkə daxilində aparılan birgə hərbi əməliyyatlar zamanı ən azı 30-a yaxın “Taliban” qiyamçısı öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Əfqanıstan Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən BNA-ya bildirilib.

Qeyd olunub ki, əməliyyatlar Əfqanıstan hərbi hava və artilleriya qüvvələrinin dəstəyi ilə həyata keçirilib. Lağman, Kapisa, Qəzni, Qəndəhar, Uruzqan, Bədgis, Bəlx və Hilmənd vilayətlərində həyata keçirilən əməliyyatlarda 21 qiyamçı öldürülüb, 7-si yaralanıb, 5-i həbs olunub.

Bundan əlavə qiyamçılara məxsus gizli sığınacaq yerləri, silah-sursat və nəqliyyat vasitələri də məhv edilib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Taliban  

Əfqanıstanda 30-a yaxın qiyamçı öldürülüb

2019/02/DxXBJ-1549630580.jpg
Oxunub: 1235     17:42     08 Fevral 2019    