Ermənistana Su-30 çatdırılmasını nəzərə alsaq, Azərbaycanı Belarusun yeni ZRK-ları maraqlandıra bilər – EKSKLÜZİV

2019/02/d1440-1549629289.jpg
Oxunub: 4996     16:30     08 Fevral 2019    
Ordu.az-ın daha öncə xəbər verdiyi kimi, Belarus 2018-ci ildə 1 milyard dollar dəyərində silah və hərbi texnika ixrac edib. Minskin “30-30-30” sxeminə uyğun olaraq ixracın diversifikasiyasına nail olduğu vurğulanır.

Ölkənin əsas bazarı Rusiya Federasiyası, digər MDB ölkələri, Afrika və Asiyadır. 2019-cu ildə Belarus Respublikası silah ixracından iki milyard dollar qazanmağı planlaşdırır. Söhbət əsasən yüksək dəqiqlikli silahlardan gedir və “Polonez”lərin Azərbaycana satışı bu tapşırığın ilk təsdiqi də hesab edilə bilər.

Belaruslu hərbi ekspert, ehtiyatda olan polkovnik Leonid Spatkay Armiya.az ilə müsahibəsində qeyd edib ki, Belarus şübhəsiz ki, əsaslı olaraq Azərbaycandan tələbatın mövcud olduğu ənənəvi “Polonez” və ya “Talisman”la bərabər həmçinin, yeni silah növlərinin ixracatını artırmasını gözləyir.

“Məsələn, Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın sözlərinə görə, Belarus bu il kiçik silahların və döyüş sursatlarının kütləvi istehsalına başlayacaq. Və böyük ehtimalla, onlar NATO standartlarına uyğun olacaq. Onun sözlərinə görə, sənayeçilər artıq finiş xəttinə çatıblar və istehsal faktiki olaraq artıq başlayıb. Bu baxımdan, bu il artıq prototiplər deyil, döyüş silahlarının və sursatların kütləvi istehsal nümunələri peyda olacaq. Bu məhsullara həm öz Silahlı Qüvvələrimizdə, həm də beynəlxalq silah bazarlarında böyük təlabat var.

Buna görə də yüksək ehtimalla proqnozlaşdırmaq olar ki, Belarus məhsullarının etibarlılığı və keyfiyyətindən əmin olan Azərbaycan kimi, silah və avadanlıqlarımızın ənənəvi alıcıları kiçik silah və döyüş sursatlarını da alacaqlar.

Çox güman ki, Belarus hərbi sənaye kompleksi ZRK yaradılmasında finişə doğru gedir. Azərbaycanın qonşusu - Ermənistana Su-30 qırıcılarının çatdırılmasını nəzərə alaraq, bu məhsulun da Belarusun silah bazarında uzunmüddətli və ənənəvi tərəfdaşında maraq yaradacağı ehtimalı böyükdür”, - deyə L. Spatkay bildirib.

Öz növbəsində, təhlükəsizlik məsələləri üzrə mütəxəssis, “Belarus Security Blog” analitik mərkəzinin rəhbəri Andrey Porotnikov qeyd edib ki, Belarusun silah ixracının artımında əsas pay Azərbaycanın üzərinə düşüb.

“Mən hesab edirəm ki, Belarus Respublikasının Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenkonun Belarusun silah ixracının təxminən 30%, Rusiyanı nəzərə almadan, MDB ölkələrinin üzərinə düşməsinə dair verdiyi açıqlama daha maraqlıdır. Bildiyimiz kimi, keçən il Azərbaycan Belarusdan bir çox bahalı silah və avadanlıqlar alıb. Qazaxıstan ordusunun maraqlarına da uyğun olaraq bəzi işlər (aviatexnikanın təmiri) görülüb. Digər MDB ölkələrinə çatdırılma haqqında heç bir məlumat yoxdur. Aydındır ki, onlar olsaydı belə, kiçik və bir neçə min dollar həçmində qiymətləndirilərdilər. Bununla yanaşı, 2018-ci ildə məhsul və xidmətlərin Qazaxıstana ixracı 30 milyon dollardan çox olmayıb.

Həmçin 2018-ci ilin yanvar-noyabr aylarında Belarusdan Azərbaycana ixracat üç dəfədən çox artaraq 411 milyon dolları keçib, halbuki 2017-ci ildə bu rəqəm təxminən 150 milyona bərabər idi. İnanıram ki, bu artımın böyük bir hissəsi (200 milyon dollardan çox) yalnız Azərbaycan Ordusunun maraqlarına xidmət edib”, - deyə A. Porotnikov bildirib.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Belarus   Azərbaycan   ZRK  

Ermənistana Su-30 çatdırılmasını nəzərə alsaq, Azərbaycanı Belarusun yeni ZRK-ları maraqlandıra bilər – EKSKLÜZİV

2019/02/d1440-1549629289.jpg
Oxunub: 4997     16:30     08 Fevral 2019    