ABŞ İranın ballistik raketlərinə qarşı “amansız” olacaq

2019/02/10709-1549628193.jpg
Oxunub: 843     16:16     08 Fevral 2019    
İran “Dezful” adlı yeni ballistik raketini təqdim edib ki, bu raket hədəfləri 1000 kilometr (təxminən 621 mil) uzaqlıqdan vura bilər. ABŞ tərəfindən isə bu addıma cavab sərt olub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino danışıb.

Palladino hadisəni İranın beynəlxalq normalara hörmətsiz yanaşması şəklində şərh edib.

“Birləşmiş Ştatlar İran rejiminin ballistik raket fəaliyyətinə amansızca qarşı çıxmaq üçün dünyanın hər tərəfindən dəstək yaratmağa davam edəcəkdir. Biz rejimin üzərinə kifayət qədər təzyiq göstərməyə davam edəcəyik, belə ki, ona qarşı bütün sanksiyaları tam şəkildə həyata keçirərək, onun düşməncə davranışını dəyişməyə məcbur edəcəyik”, - deyə o qeyd edib.

Palladinonun sözlərinə görə, ABŞ İranın raket proqramını dayandırmaq üçün daha sərt beynəlxalq sanksiyalar qoymalıdır.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   ABŞ   Raket  

ABŞ İranın ballistik raketlərinə qarşı “amansız” olacaq

2019/02/10709-1549628193.jpg
Oxunub: 844     16:16     08 Fevral 2019    