Ordu.az xəbər verir ki, bu sözləri Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov “Sputnik”ə müsahibəsində bildirib.
Səfir bildirib ki, ölkəsi Suriyanın Fəratın şərqində suverenliyini bərpa edəcəyinə ümid edir.
“Rusiya inanır ki, Suriyanın mümkün qədər tez Ərəb Liqasına qayıtması lazımdır”, - deyə səfir əlavə edib.
O, həmçinin Moskvanın Birləşmiş Ştatların qoşunlarını Suriyadan çıxarılmasına dair qərarında irəliləyiş görmədiyini də qeyd edib.
İlkin Məmmədov
Ordu.az