“Seysulanda düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyə nail olduq” – Batalyon komandiri ilə MÜSAHİBƏ

2019/02/OhxE7-1549615909.jpg
Oxunub: 3869     12:29     08 Fevral 2019    
Ordunun formalaşmadığı vaxtlarda yağı düşmənə qarşı mübarizəyə qalxan vətən övladları ilk olaraq pərakəndə halda fəaliyyət göstərsələr də, sonradan ərazi özünümüdafiə batalyonları yaradıldı. Sevindirici haldır ki, bu cür batalyonlar təkcə Dağlıq Qarabağ deyil, ona yaxın olan rayonlarda da formalaşmağa başladı. Ərazi özünümüdafiə batalyonlarının döyüş əməliyyatlarında uğurlu nailiyətləri də az olmayıb.

Ordu.az olaraq bu gün Bərdə özünümüdafiə batalyonu və onun döyüş yolu haqqında olan müsahibənin ilk hissəsini təqdim edirik.

Müsahibimiz sabiq batalyon komandiri, 2-ci qrup Qarabağ müharibəsi əlili Gəray Əsədovdur. O, 1968-ci ildə Bərdə rayon Xanağalı kəndində anadan olub. 1991-ci ildə Moskvada Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olub, lakin 1992-ci ildə ali təhsilini yarmçıq saxlayaraq vətənə qayıdıb və Bərdədə yaradılan ərazi özünümüdafiə batalyonuna yazılıb. Xidməti dövründə əvvəlcə taqım, bölük komandiri olmuş Gəray sonradan Qərargah rəisi və batalyon komandiri vəzifəsinə kimi yüksəlib.

- Gəray müəllim ilk olaraq ordu sıralarına yazılmağınız barədə məlumat verərdiniz. Əslində sizin Rusiyadan dönməmək kimi bir şansınız da olub. Amma siz ali məktəbi ataraq Vətənə dönmüsünüz.

- Mən birinci kursu bitirdikdən sonra, 1992-ci ilin əvvəllərində evlə əlaqə saxladım. Özü də çox çətinliklə əlaqə saxlaya bildim. O zaman evlə danışmaq üçün gərək bir neçə gün öncədən telefon danışığı sifariş verəydin. Mən evlə danışanda dedilər ki, bəs burada vəziyyət çox pisdir, Qarabağda artıq ermənilər açıq şəkildə insanlarımıza qarşı dəhşətli qətllər törədirlər. Düzü, o vaxt rusun qanunları ilə oxuyan bir gənc üçün bu, bir az inandırıcı görünmürdü. Düşünürdüm ki, necə ola bilər ki, bu qədər özbaşınalığa göz yumulsun. Elə söhbət əsnasında dedilər ki, Bərdədə gənclər yığışıb Qarabağa getmək üçün özünümüdafiə batalyonu yaradırlar. Evdəkilərə bir söz demədim, elə həmin günün səhəri bilet alaraq ölkəmizə yola düşdüm.

Evdə mənim belə tez gəlməyimi gözləmirdilər. Nə üçün gəldiyimi və məktəbdə dərslərimin necə olduğu ilə maraqlandılar, təhsilimi dayandırdığımı dedim. Hamı üzümə təəccüb içində baxırdı – axı bunu necə edə bilərdim? Mən də dedim ki, müharibə nə zaman qurtarsa, o zaman təhsilə davam edəcəm. Mənim nə demək istədiyimi bildikləri üçün daha bir söz demədilər.

- Bəs ordu sıralarına necə yazıldınız, kimə müraciət etdiniz?

- Maraqlandım, batalyonun yaradılması üçün qərargahın yerləşdiyi yerə getdim. Elə ilk görüşüm də batalyonun əsas yaradıcılarından biri olan polkovnik Elçin Əliyevlə oldu. Artıq batalyona yazıldım və hər gün yazılanların da sayı çoxalırdı. Bu çoxluğu nəzərə alaraq, 1992-ci ilin əvvəllərində Xalq Soveti İcraiyyə Komitəsinin qərarı ilə Bərdədə ikinci ərazi könüllü özünümüdafiə batalyonu yaradıldı. Bərdə bir başa cəbhə xətti olmasa da, sanki ikinci eşalon hesab edilirdi. Çünki, bütün təminatlar Bərdədən həyata keçirilirdi.

- Təminat deyəndə, məsələn nəyi nəzərdə tutursunuz?

- O zaman Bərdədə bir neçə zavod işləyirdi. O cümlədən, Bərdə aqrar rayon olduğuna görə, bəzi texnikaları buradan cəbhəyə kömək üçün göndərmək daha asan olurdu. Həm Tərtər, həm Ağdam, həm də Kəlbəcərə müəyyən müdafiə üçün, mühəndis istehkam işlərinin görülməsi üçün, bəzi avadanlıqların göndərilməsi, həmçinin Bərdədə yerləşən avtobazalardakı maşınların köməkliyindən istifadə etməyi söyləyə bilərəm. Onu da sizə deyim ki, cəbhə üçün ilk kustar üsulla “Qrad” qurğusu da ilk dəfə Bərdədə düzəldildi. Burada “Qrad” qurğularından əlavə minaatanlar da düzəlirdi. (Bu barədə gələn yazılarımızda daha ətraflı).

- Bərdə batalyonunun ilk döyüşü nə zaman və hansı istiqamətdə oldu?

- Sizə deyim ki, müəyyən istiqamətlərdə Bərdə batalyonunda olan uşaqlar ermənilərin hücumlarının qarşısının alınmasında və həmçinin ermənilərə qarşı keçirilən əməliyyatlarda iştirak etdilər. Amma ən güclü əməliyyatlar 1992-ci il 26 fevral hadisələrindən sonra oldu. Xocalıda törədilən qətliamın qisası bu və ya digər şəkildə alınmalı idi. Düzdür, o vaxt ixtisaslı zabit kadrları olmasa da, bəzi hərbi planlar cızılır və müzakirə edilirdi. Bu cür planlardan biri müzakirə edildi və qərara alındı ki, Ağdərənin Seysulan kəndi istiqmətində güclü hücum təşkil edilsin. Bu hücumu “Qurtuluş” və “Azadlıq” batalyonu həyata keçirdi, həmçinin, Tərtər polisləri də burada iştirak etdilər. Elə həmin hücum zamanı da “Qurtuluş” batalyonunun komandiri Cahangir Kərimov şəhid oldu.

- Bərdə batalyonunun bu əməliyyatı necə sonlandı və daha sonra başqa əməliyyatlar oldumu?

- Əlbəttə Seysulan əməliyyatı çox uğurlu alındı. Həmin döyüşlərdə ermənilərin xeyli sayda canlı qüvvəsini məhv etməyə nail olduq. Bundan sonra, 1992-ci il aprel ayının 10-da Şıxarx (Marquşavan) döyüşü başlayıb. Həmin döyüşlərdə olan nailiyyətlərimiz də ki, göz qabağında olub. Şıxarx (Marquşavan) döyüşündə 400-ə yaxın əsir və girovlar götürüldü ki, onlar da daha sonra Xocalıdan olan sakinlərlə dəyişdirildi.

Bundan sonrakı dövrlərdə rəhmətlik Şikar Şikarovun və Nəcməddin Sadıqovun rəhbərliyilə Torpaqtəpə istiqamətində hücumlar davam etdirildi. Çaylı, Talış, Madaqiz istiqamətində erməniləri tam olaraq məhv etməyə nail olduq. Həmin zaman sağ tərəfdən Rasim Əkbərovun, Mamed və Maşallah Abdullayevin rəhbərliyilə Goranboy batalyonu irəliləyirdi. Həmin hücumların davam etdirilməsilə, iyulun 3-də artıq Ağdərə azad edildi. Bu hücum əməliyyatları nəticəsində Kəlbəcər-Tərtər yolu açıldı. Bax, Bərdə batalyonunun iştirakı keçirilən bu uğurlu əməliyyatlarla start götürdü və sonralarda davam etdi.

- İxtisaslı zabit kadrların olmadığını dediniz, amma hazırlanan plan uğurlu alınmışdı.

- Bəli bu həqiqətən də belə oldu. Sirr deyil ki, o vaxt ümumiyyətlə Azərbaycanda hərbi sahədə kadr potensialı çox az idi. 1993-cü ilin statistikasına görə, Azərbaycanda 22 faiz ixtisaslı zabit kadrları varıydı. Onlardan da 13-14%-i döyüşdə, qalanları isə hərbi komissarlıqda və akademiyalarda çalışırdılar. Belə az zabit heyəti ilə ağır döyüş əməliyyatları aparmaq da çox çətin idi. Bu problemi həll etmək üçün fərqlənən döyüşçülərdən zabit kimi irəli çəkilənlər də olurdu. Döyüş əməliyyatlarının aparıldığı yerlərin çətin relyefdə, dağ şəraitində döyüş əməliyyatı hazırlamaq yalnız peşəkarların, ixtisaslı kadrların işidir, amma bizim o vaxtkı kadrlarımızın çəkdikləri plan heç biri nəzəri biliyə yox, özlərinin döyüş təcrübələrinə əsaslanırdı. Bax, bizim batalyonların qazandıqları qələbələr, həmin real döyüş təcrübəsinin məhsulu idi.

Sabiq batalyon komandiri, onuda bildirdi ki, Bərdə batalyonunun sonrakı döyüş yolları Laçın və Kəlbəcər istiqamətində aparılan əməliyyatlardan da keçib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bərdə-batalyonu   Qarabağ-müharibəsi  

“Seysulanda düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyə nail olduq” – Batalyon komandiri ilə MÜSAHİBƏ

2019/02/OhxE7-1549615909.jpg
Oxunub: 3870     12:29     08 Fevral 2019    