Pentaqon bioelektron implantlar təkmilləşdirməyə çalışır

2019/02/860x3-1549605100.jpg
Oxunub: 891     11:12     08 Fevral 2019    
Pentaqonun Müdafiə sahəsində Qabaqcıl Tədqiqat Layihələr İdarəsi bioleketron implantların təkmilləşdirilməsi ilə bağlı yeni proqram üzərində çalışır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, DARPA proqrama Toxuma Yenilənməsi üçün Bioelektronlar adı verib.

Bildirilir ki, proqramın məqsədi toxumaların yenilənməsini maksimal səviyyədə sürətləndirəcək və möhkəmləndirəcək biosensorlar, aktuatorlar və süni zəkanın ərsəyə gətirilməsinə nail olmaqdır. Bununla da döyüş meydanında kritik yaralar alan əsgərlərə yardım daha asan olacaq.

Eyni zamanda proqram nəticəsində əldə edilən nəticələrdən ordunun hazırlığının yaxşılaşdırılmasında da istifadə edilə bilər. Belə ki, əsgərlər tərəfindən alınan yaraların təxminən 23%-i heç vaxt tam bərpa olunmur. Məhz yeni proqram sayəsində bunun aradan qaldırılması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DARPA   Bioelektron  

Pentaqon bioelektron implantlar təkmilləşdirməyə çalışır

2019/02/860x3-1549605100.jpg
Oxunub: 892     11:12     08 Fevral 2019    