2 milyon əsgər: Çin ordusu daha kiçik, amma daha ölümcüldür

2019/02/_9999-1549461097.jpg
Oxunub: 1291     21:50     12 Mart 2019    
2015-ci ildə Çin prezidenti Si Tsinpinq Xalq Azadlıq Ordusunun (XAO) hərbi personal sayının 300 min nəfər azaldılacağını bildirdi. O, bu qərarı qəbul edərkən, ordunun Soyuq Müharibədən sonrakı təkamülünü və innovasiyanın üstünlük təşkil etməli olduğunu nəzərə alırdı.

Ölkə mətbuatı XAO-nun Koreya müharibəsi dövründəki tüfənglə silahlanmış kəndlilərdən çox fərqləndiyini, o vaxtın zirehli cəngavərlərini bu gün “Abram” tanklarının əvəzlədiyini bildirir. Müasir dövrdə XAO-ya məxsus, yeni elektron müdaxilə sistemləri, uzaq mənzilli artilleriyası olan H-6K bombardmançıları Sakit okeanın dərinliklərinə qədər uça bilir.

Bu gün daha öncə heç vaxt XAO-nun tarixində rast gəlinməmiş terminlər var. Məsələn sintetik (təlim) briqada, hava hücum briqadası, aviadaşıyıcı strukturu, aviasiya qüvvələri, birləşdirilmiş xidməti dəstək qüvvələri və s.

Çin əvvəlki yeddi hərbi korpusunu beş teatr komandanlığına konsolidasiya etdi və XAO-nun 4 qərargahını 15 bölmə arasında payladı. Bu tənzimləmələrdən sonra Çin ordusunun daha optimal strukturlaşdırıldığı, daha böyük imkanlara malik olduğu bildirilir. Onun strukturu kökdən dəyişdirilib.

Bu mənada Çinin yeni hərbi yanaşması bir zamanlar kommunist olan başqa bir ölkəninkinə bənzəyir. Sovet İttifaqı İkinci Dünya Müharibəsini nəhəng tank, artilleriya və piyada bölmələrinə sahib ordu ilə bitirdi. Lakin 1960-cı illərin əvvəllərində Sovet lideri Nikita Xruşşov SSRİ-nin ənənəvi qüvvələrinin sayını azaltdı. O düşünürdü ki, nüvə silahları və idarəolunan raketlərin kəşfi ilə belə bir nəhəng ölçülərə sahib ordu saxlamaq müasirlikdən uzaq idi.

Çin liderləri ənənəvi qüvvələri köhnə adlandırmasalar da, Birinci İraq Müharibəsindən ciddi dərslər götürdülər. Bu müharibədə ağıllı bombalar, yüksək texnologiyalı silahlar Soyuq Müharibə dövründən qalma texnologiya və taktikaları əzib keçdi. Rusiya kimi Çin ordusu da ideologiya və rəqəmlərə olan etimadını azaltmaqla daha peşəkar təşkilatlanma yolunu tutub. Nəticə isə bu gün göz qabağındadır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   XAO   İnnovasiya  

2 milyon əsgər: Çin ordusu daha kiçik, amma daha ölümcüldür

2019/02/_9999-1549461097.jpg
Oxunub: 1292     21:50     12 Mart 2019    