Atəşkəs kontekstinə nişangahdan baxış - HƏRBİ ESKPERT (I Yazı)

2019/02/15464-1549451078.jpg
Oxunub: 1764     14:31     06 Fevral 2019    
1994-cü ilin Füzuli-Cəbrayıl istiqamətindəki alovlu döyüş əməliyyatları hər iki tərəfin demək olar ki, var gücünü istifadə etməsi ilə yadda qaldı. Bu zaman cəld hərəkətlə, müxtəlif qoşun və polis qüvvələri ilə hücum əməliyyatları aparan Azərbaycan tərəfi, sonda bir neçə yaşayış məntəqəsini və Horadiz stansiyası ərazisini azad etdi. Bu, uzun zaman hücum əməliyyatları keçirərək böyük sahəni işğal etmiş düşmən qüvvələri və onların “hər addımda qələbə” psixologiyası üçün öldürücü zərbə idi.

Bu zaman artıq Azərbaycan tərəfinin geniş miqyaslı hücumlara qatılacağını dərk edən düşmən, tələsik Füzuli və Cəbrayıl istiqamətlərində geri çəkilmə və əks-hücum əməliyyatları üçün dislokasiyalaşma qərarı verdi. Lakin bu hücum əməliyyatlarından ruhlanmış Azərbaycan tərəfindən fərqli olaraq, düşmən tərəfində bir psixoloji xaos yaşanmağa başladı. Artıq düşmən anlayırdı ki, Azərbaycan 1992-ci illərin davamsız hökumət böhranlarında, ordu kontekstində olan, başıpozuqluqla boğulan qüvvə deyil. Bu dövr artıq formalaşma, dəqiqləşmə, strukturlaşma dövrüdür və bu zaman onun qarşısını özünün müxtəlif vasitələrlə doldurduğu ordu ilə saxlamaq mümkün olmayacaq.

Aran Qarabağda effektli və ildırımsürətli hücum əməliyyatı keçirən Azərbaycan tərəfinin yüksək döyüş əhvalının qarşısına qoyulacaq qüvvə anlamı çox aşağı səviyyədədir. Rəqibinin hökumət böhranından istifadə edərək, müəyyən əraziləri zəbt edən Ermənistan qüvvələrinin komandirləri də bu faktla istər-istəməz barışmalı oldular. Qarşıda böyük məğlubiyyətlər, düşkün orduda başıpozuqluq, əhalinin kütləvi etirazları və ən əsası zəbt olunan yerlərin əldən çıxacağı dururdu. Bu da Ermənistanın müharibə kotekstində ərazilərinin genişləndirməsi perspektivinin iflası demək idi.

Hərbi əməliyyatların iflasını anlayan erməni siyasətçiləri bu zaman hərb strategiyasını siyasi strategiya ilə dəyişməyə məcbur oldular. Burada məqsəd münaqişənin uzadılması, zəbt olan ərazilərin zaman-zaman özünküləşdirərək bərpası, infrastrukturun qurulması, Dağlıq Qarabağ və Ermənistanın “təhlükəsizlik kəməri” kimi təqdim etdiyi rayonlara erməni əhalinin köçürülməsi idi. Siyasi baxışda və buradan əmələ gələn məkrli planda, bu zaman artıq məskunlaşmış, çoxalmış və infrastrukturu bərpa olmuş torpaqlarda yaşayan əhalinin “beynəlxalq hüquqlara”, ən əsası da “öz müqəddəratını həll etmə” anlamına yeni bir anlam gətirərək, sonda Azərbaycanı fakt qarşısında qoymaq və münaqişənin bu tipdə bitməsinə nail olmaq dururdu.

Ermənistan ərazisində olan əzəli Azərbaycan torpaqları da bu məcrada zəbt olundu və “qanuniləşdi”. 1994-cü ildə tələsik siyasi gedişlə Rusiya, Qırğızıstan, MDB parlamentlərarası assambleyasının iştirakı ilə Bişkek şəhərində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması protokolu imzalandı. Bu zaman erməni qüvvələri və hakimiyyəti gələcək planlar üçün vaxt, Azərbaycan isə ərazi probleminin dünyaya tanıdılmasını qazandı.

Münaqişə Rusiya, Qərb, ATƏT, BMT və digər təşkilat və dövlətlərə pərakəndələndikcə, özünü vasitəçi adlandıran bu qurumlar münaqişənin haqlı həlli üçün heç bir addım ata bilmədilər və bəzi məqamlarda isə ikili standartlara yol verdilər. Bütün bu siyasi oyunlar lövhəsində atəşkəs rejimindən sonra da münaqişə sönmədi. Düşmən tərəfin hər zaman atəşkəs rejimini pozaraq beynəlxalq qanunlara belə əməl etməməsi, sonda bu qondarma qurum və ən əsası özünün münaqişədə yaxasını kənara çəkən Ermənistan dövlətinin hələ də “ağıllanmadığını” ortaya qoydu.

Məhz belə dönüm Qafqazlarda Rusiya və Gürcüstan arasında olan hərbi münaqişəni səngidərək, diqqəti Azərbaycan-Ermənistan məcrasına yönəltdi. Baxmayaraq ki, gərginlik yaranan zaman hər vəchlə KTMT-ni münaqişəyə cəlb etmək üçün Ermənistan dövləti əlindən gələni edir, lakin dövlətlərarası münaqişə sayılmayan Qarabağ anlamı kontekstində bu öz bəhrəsini vermir. Rusiya KTMT çərçivəsində Ermənistanı özünün müttəfiqi saysa belə, Azərbaycan rəhbərliyinin Rusiya ilə apardığı balanslı siyasəti nəticəsində Azərbaycan Rusiya üçün prioritet vacibliyə məxsusdur. Nüfuzlu Rusiya mətbuat orqanları da bunu xüsusi qeyd edərək yazırlar: “Məhz 2008-ci ildən sonra Qafqazlarda və bir sıra Baltikyanı ölkələrdə baş qaldırmış rusofobiyaya Azərbaycanın getməməsi, Moskva tərəfindən ona dəyər vermək üçün ən yaxşı göstəricidir. Lakin təəssüflər olsun ki, bizdən (Rusiyadan) hər zaman iqtisadi, hərbi və digər köməklər alan Ermənistan haqda bunu demək olmaz”.

Atəşkəs dövründə tərəflərin apardığı siyasət və quruculuq: Kim öndə addımlayır?

Qarabağ savaşını saxlayan 1994-cü il atəşkəs razılaşmasından sonra keçən 24 il ərzində cəbhə xətti 2016-cı ilin aprelinə qədər dəyişməz olaraq qaldı. Atəşkəsin elan olunmasına baxmayaraq, bu müddət ərzində atəşkəs rejiminin pozulması, kiçik toqquşmalar ara vermədi. Hər iki tərəfdən itkilərin olması, Ermənistan silahlı qüvvələrinin (artıq dünyaya məlumdur ki, qondarma qurumun qanunsuz hərbi birləşməsinin 85%-i məhz Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları və hərbi texnikasından ibarətdir) mütəmadi olaraq mülki obyekt və kəndləri atəşə tutması, mülki əhali arasında itkilər, Azərbaycan əhalisini bu münaqişənin həlli üçün hərb variantını tələbdən çəkindirmir.

Hərb variantı 2010 cu ildə qəbul olunan Hərbi Doktrinada da öz əksini tapıb. Hərbi analitiklərin gəldiyi nəticəyə görə, Qarabağın işğalda olması və orada yaşamış əhalinin haqlarının pozulması Azərbaycanı hərbiləşməyə sövq edən bir detonasiyadır. Hər bir halda Azərbaycanın hərbi quruluş üzərində möhkəm dayanması faktı, Emənistanın konstruktiv addım atacağı üçün zamanının bitməsi fonunda hərbi əməliyyatların bərpa olunacağı anlamına gəlir və bunun üçün də Azərbaycanı silahlanmaqda heç kim qınaya bilməz. Ümumdünya nizamında “sərhədlərin tanınması və dəyişdirilməməsi” qaydası burada da yetərlidir və bu yetər, analitiklərin fikrinə görə, məhz Qafqaz regionunda - Qarabağda partlayacaq.

Azərbaycan Silahlı Qüvvələrini möhkəmlədir

Azərbaycan Ali Sovetinin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi qanunla Azərbaycanda Silahlı Qüvvələrin yaradılmasına start verildi. Bu start əsasən Dağlıq Qarabağda hərbi əməliyyatlar getdiyi, ölkədə siyasi sabitliyin olmadığı, iqtisadi tənəzzülün tüğyan etdiyi bir vaxta təsadüf etdi. Müstəqilliyini yeni elan etmiş keçmiş SSRİ respublikalarının praktikasında daha çox rast gəlinən bu amil, bir-birinə məcburi surətdə pərçim edilmiş bir zəncirin parçalanmasına daha çox oxşayırdı.

Bu, ilkin yaranan Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında öz möhürünü qoymalı idi və qoydu da. İlkin olaraq yaranış əsasən könüllü müdafiə dəstələrinin, milis qüvvələrinin və digər hərbiləşmiş dəstələrin toplanması ilə yadda qaldı. Bu zaman Azərbaycanın hərbiləşmiş dəstələri özünün zəif və qeyri-peşəkar təşkilatı ilə yadda qaldı. Bu da bəzi hallarda hərbiləşdirilmiş qrupların tək döyüş əməliyyatları üçün yox, həm də hakimiyyət mübarizələrində istifadəsinə rəvac verirdi.

Qarabağ cəbhəsindəki uğursuzluqlar gənc Respublika üçün ciddi təlatümlərə gətirib çıxardı. Parçalanmaların və silahlı qarşıdurmaların pik nöqtəsi Gəncə hadisələri zamanı baş verən toqquşmalar oldu ki, bu zaman xalqın tələbi ilə hakimiyyətə gələn və hakimiyyətdaxili xaosun alovlarını yatıran Heydər Əliyev 1993-cü ilin oktyabr ayında ölkə prezidenti seçildi. Yuxarıda qeyd etdiyimiz kimi uğurlu Horadiz əməliyyatından sonra bir sıra güclərin də qatıldığı və 1994-cü ilin may ayında atəşkəs imzalandı.

Bu şəraitdə Azərbaycan SQ dərin islahatlara ehtiyac duyurdu. Bundan əlavə ölkədə hakimiyyətin mərkəziləşdirilməsinə və SQ-nin ciddi, o cümlədən təkkomandanlıq prinsiplərinə doğru işərin aparılması prossesinə başlanıldı. Ölkə prezidenti Heydər Əliyevin əmri ilə yerli özünümüdafiə taborları və pərakəndə qüvvələr ləğv olundu. 1993-cü ilin noyabr ayında “Müdafiə haqqında” qanun qəbul edildi ki, bu da özlüyündə ölkənin müdafiəsini qanuni əsaslarla bərkidərək, Ali Baş Komandan səlahiyyətlərini Prezidentə verdi.

1994-1995-ci illərdə baş verən daxili toqquşmalara baxmayaraq, bu sahədə işlər davam etdirildi. Üsyançı qüvvələri ciddi əzmlə yerinə oturda bilən Heydər Əliyev ölkədə həm iqtisadi və həm də hərbi islahatlara start verdi.

SQ-nin demək olar ki, sıfırdan formalaşdığı dövrdə, struktur baxımından elə ilk anda SSRİ silahlı qüvvələrindən seçilməsi anlaşılan idi. Azərbaycan SSRİ-nin ənənəvi və köhnəlmiş ordu quruculuğunu özü üçün nümunə edə bilməzdi. Nümunə kimi Türkiyə Silahlı qüvvələri, əslində isə Şimali Atlantika Alyansı daha qəbul edilən və daha müasir tələblərə cavab verən idi. Hələ 1992-ci ildə Azərbaycan və Türkiyə arasında ilk hərbi əməkdaşlıq sənədi imzalandı. Bundan sonra isə ölkəmiz 1994-cü ilin may ayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşuldu. 1996-cı ildə Bakı və Ankara arasında “hərbi texniki və hərbi təhsil sahəsində anlaşma imzalandı. Bundan sonra Azərbaycan hərbçilərinin Türkiyə hərbi məktəblərində təhsili üçün bir sıra sənədlərin uğurla imzalanması prosesi baş tutdu.

1997-ci ildə SQ-nin tərkibində ilk sülhməramlı dəstə yarandı ki, bu da 2001-ci ilə qədər tabor halına gətirildi. 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayına qədər Azərbaycan sülhməramlıları Kosovoda 34 nəfərlik heyətlə NATO komandanlığı altında beynəlxalq qüvvələr tərkibində qarşıya qoyulan tapşırıqları peşəkarcasına həll etdilər və 2003-cü ilin avqust ayından 2009-cu ilin dekabrına kimi 151 nəfər heyətlə ABŞ komandanlığı altında beynəlxalq koalisiya qüvvələri tərkibində sülhməramlı əməliyyatlarda fəaliyyət göstərdilər.

Bundan əlavə Azərbaycanın sülhməramlıları Əfqanıstanda və Sudan respublikasında da sülhməramlı əməliyyatlarda iştirak edirlər. 2000-ci illərin ortalarında Azərbaycan NATO ilə “fərdi əməkdaşlıq planı” haqda sənəd imzalayıb və keçən illər ərzində bu plana uyğun olaraq 5 mərhələ geridə qoyulub. Alyansla əməkdaşlıq SQ-də NATO standartlarına uyğun islahatların aparılması üçün böyük əhəmiyyət kəsb edir.

2004-cü ildə Azərbaycan “Əməliyyat qabiliyyətləri anlayışı” proqramına daxil oldu. Bu proqrama əsasən alyansa üzv və partnyor dövlətlərinin silahlı qüvvələrinin bölmələri böhranlı məqamlarda bir sıra qarşıya qoyulmuş məsələləri NATO ilə koordinasiyalı yerinə yetirməlidir. Proqram çərçivəsində iştirak üçün Azərbaycan 2 Mi-17 helikopteri, 1 kəşfiyyat bölüyü, 1 tabor və 1 yoxlama qrupu ayırdı. Lakin bununla belə rəsmi Bakı heç zaman NATO-nun üzvü olmaq arzusunu dilə gətirməyib.

Azərbaycan hakimiyyəti Heydər Əliyevin vaxtında və hazırda prezident İlham Əliyevlə də hər zaman birvektorlu siyasətin Azərbaycanın geosiyasi durumunda necə təhlükəli olduğunu bilərək, 2011-ci ildən “Qoşulmama hərəkatı təşkilatı”na üzv olaraq bloklardan kənar tendensiyasını sərgiləyib. Bununla da regionda qonşu olan Rusiya və İranla səmimi dostluq əlaqələrini saxlaya bilib.

Türkiyə ilə əlaqələrə gəldikdə isə, bu ölkə ilə tam rəsmi hərbi ittifaqda olmasa da Azərbaycanı bu ittifaqa daha yaxın qəbul edirlər. 2010-cu ildə Azərbaycan və Türkiyə dövləti arasında qəbul edilmiş “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım” razılaşması əsasında bu ölkələr daha da yaxınlaşaraq birlikdə hərbi təlimlərə start verdilər.

Bu razılaşmanın 2-ci bəndində deyilir: “Əgər tərəflərdən hər hansı biri üçüncü dövlət və yaxud bir neçə dövlətlər tərəfindən silahlı hücuma və təcavüzə məruz qalarsa, bu zaman tərəflər bir-birinə hərtərəfli yardım edəcəklər. Razılaşmanın başqa bəndləri milli təhlükəsizlik və hərbi sferada sıx əlaqələri özündə birləşdirir.

Uzun zaman dövlətlərarası müttəfiqlik zəminində Türkiyə baxımından ərazi savaşı aparan Azərbaycana hərbi yardım öndə dururdu. Bu yardımın da əsas istiqaməti silah, hərbi ləvazimatlar və rabitə vasitələri idi. 1999-cu ildə “Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə maddi yardım” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə təmənnasız maddi yardım” haqda protokolun imzalanması hər iki dövləti tək dövlətlərarası yox, həm də silahlı qüvvələr arası birlik anlamında daha da yaxınlaşdırdı.Bu, qardaş köməyi hələ öz silahlı qüvvələri üçün yetərincə büdcə maliyyəsi ayıra bilməyən Azərbaycan üçün böyük stimul idi.

Hərbi təhsil sistemi

1990-cı illərdən sonrakı dövrdə Azərbaycan üçün prioritet məsələlərdən biri də ordu üçün hərbi mütəxəssis kadrlarının hazırlanması idi. 25 illik dövrdə çoxpilləli hərbi təhsil sistemi qurulub. Birinci pillə hərbi liseylərdir ki, bura 14 yaşlı və 8-ci sinifi bitirmiş yeniyetmələr qəbul olunur. Bu liseylərdə ümumtəhsil dərsləri ilə birlikdə, hərbi və fiziki dərslər də keçilir. Hal-hazırda iki belə hərbi lisey var. Bunlar, Cəmşid Naxçıvanski adına hərbi lisey və Heydər Əliyev adına Naxçıvan şəhərində yerləşən hərbi liseydir.

İkinci pillə xüsusiləşdirilmiş mütəxəssis hazırlığıdır ki, bu da həqiqi hərbi xidmətdə olan gizirlər və müddətdən artıq xidmət keçən hərbi qulluqcular üçün nəzərdə tutulub. Bu hazırlıqlar Türkiyə dövlətinin yardımı ilə 2001-ci ildə təşkil olunmuş silahlı qüvvələrin təlim tədris mərkəzlərində həyata keçirilir.

Üçüncü və əsas pillə gənc zabitlərin ali hərbi məktəblərdə hazırlanmasıdır. Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri üçün ilk iki ali hərbi məktəb 1992-ci ildə Azərbaycan Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirləri və S.M.Kirov adına Qırmızı bayraqlı Xəzər Hərbi-Dəniz Komandirləri ali məktəbinin bazasında yaradıldı. Bundan sonra isə Hərbi Hava Qüvvələrinin ali məktəbi fəaliyyətə başladı.

2008-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və Azərbaycan Müdafiə Nazirliyi arasında imzalanmış protokola əsasən, təlim və tədris prosesləri və komanda sistemi Türkiyə silahlı qüvvələrinin hərbi hazırlıq sistemi ilə inteqrasiya olundu və bu üç ali məktəb 2015-ci ilə qədər öz fəaliyyətini davam etdirdi. Bundan sonra Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin ali komanda məktəbləri Heydər Əliyev adına ali hərbi məktəblə birləşdirildi. Bununla vahid ali hərbi məktəb yaradıldı ki, burada Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri fakultəsi var.

Bundan əlavə ehtiyatda olan zabitlərin hazırlanması və dərəcələrinin yüksəldilməsi də bu tədris müəsisələrində aparılır. Hərbi həkimlərin hazırlanması isə Azərbaycan Tibb Universitetinin müvafiq hərbi-tibb fakultəsində həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan aktiv olaraq öz kursant və zabitlərini xarici ölkələrdə təhsil almağa göndərir.

Yuxarıda qeyd olunduğu kimi intensiv olaraq bu təhsillər Türkiyə dövləti tərəfindən aparılmaqdadır. Buna baxmayaraq, Azərbaycan hərbçiləri Rusiya, NATO alyansı ölkələri, Pakistan, Çin və başqa dövlətlərdə də öz hərbi təhsillərini təkmilləşdirməkdədirlər.

Dördüncü pillə isə yüksək komanda heyətinin, qərargah zabitlərinin və hərbi-elmi işçilərin hazırlanmasıdır ki, bununla da Azərbaycan Respublikasının silahlı qüvvələrinin hərbi akademiyası məşğul olur. Hərbi akademiya 1999-cu ildə fəaliyyətə başlayıb. Burada hərbi təhsildən əlavə hərbi sfera üçün elmi tədqiqatlar da aparılır.

Azərbaycan Silahlı Qüvvələri müasir dövrdə

Azərbaycan Respublikasının Konsitusiyasına görə, silahlı qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Faktiki olaraq, silahlı qüvvələr müntəzəm milli ordu adlandırılır. Silahlı qüvvələr günü rəsmi olaraq 1918-ci ilin 26 iyunu sayılır ki, bu da Azərbaycan Demokratik Respublikası hökumətinin keçmiş Zaqafqaziya müsəlman komissarlığının Əlahiddə Azərbaycan Korpusu adlandırılması günüdür.

Atəşkəs dövründən başlayaraq Azərbaycanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının formalaşması intensivləşdi. Bu zaman 5 böyük ordu birləşməsi yaradıldı. Bunlardan 4-ü nömrəli, biri isə əlahiddə ordu birləşməsi kimi vəsiqə qazandı. Quru Qoşunlarının əsas vahidini motoatıcı briqadalar təşkil etdi. Bundan əlavə Quru Qoşunlarının tərkibinə dağ-atıcı, ordu xüsusi təyinatlıları, reaktiv və digər artilleriya briqadaları da daxildir.

Əlavə olaraq Azərbaycanda başqa hərbiləşmiş strukturlar da yaradıldı ki, bunlar Silahlı Qüvvələrin tərkibindən kənardırlar. Bura, DİN-nin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Milli Qvardiya və Dövlət Mühafizə Xidməti daxildir. “Müdafiə Haqqında” qanuna əsasən bu hərbiləşdirilmiş strukturlar hərbi vəziyyət zamanı Silahlı Qüvvələrlə birlikdə qarşıya qoyulmuş məsələlərin həllində iştirak edirlər.

Qarabağda qəsbkar Ermənistan ordusunun müdafiə xətlərinin yarılması üçün ilk öncə reaktiv yaylım və digər artilleriya vasitələrinə diqqət artırıldı. Bu zaman ölkəmiz Sovetlər Birliyi hərbi hissələrinin respublikanı tərk etdiyi zaman təhvil verdikləri və onlardan alınan qurğuların əsaslı təmir və təkmilləşdirilməsinə start verdi. Bununla yanaşı daha müasir kompleks və qurğuların da alınması prioritet vəzifə oldu. Əsasən itkilərdən qaçaraq, döyüşdə irəliləmək üçün artilleriya qəbul olunmuş amillərdən biridir.

Bu zaman həm uzaqvuran, həm də orta və yaxın mənzilli artilleriya qurğularına üstünlük verilir. Uzaqvuran artilleriya əsasən 152 və daha iriçaplı quru və artilleriya vasitələri, orta və kiçik mənzillilər isə 122, 107 və s. kimi artilleriya vasitələrini özündə birləşdirir. Bunlardan əlavə operativ taktiki raket kompleksləri də vardır ki, bular haqqında aşağıda dolğun məlumat veriləcək. Artilleriya ilə paralel olaraq atəşkəs sonrası mərhələdə tank parkının yenilənməsi, silahlı qüvvələrdə istifadə olunan tankların əsaslı təmiri, təkmilləşdirilməsi və müasir tankların alınması prosesi də baş tutdu.

Müasir Hərbi Hava Qüvvələri qurularaq, təyyarə və helikopter parkları yenilənərək təkmilləşməyə təkan verildi. Hava hücumundan müdafiə qurğuları, kompleksləri, radar və rabitə sistemləri davamlı olaraq yenilənərək müasir standartlara gətirildi. Bununla yanaşı Xəzər Dəniz Donanmasının kəmiyyət və keyfiyyət göstəriciləri artan templə irəlilədi.

Ordu və silahlı qüvvələrdən, hərbiləşmiş qurumlardan əlavə Fövqəladə Hallar Nazirliyi və Mülki Müdafiə Qoşunları yaradıldı ki, bu da təbii fəlakətlər zamanı əhalinin köməyinə çatacaq və vəzifələrindən irəli gələn bir sıra məsələləri həll edəcəkdi. Bu qüvvələr üçün də avtomobil, xüsusi texnika, hava texnikaları alınaraq dünya praktikasının tələblərinə uyğun qurumlar yaradıldı.

Azərbaycan tərəfi özünün sülh platformasına sadiq qalaraq hər zaman münaqişənin sülhlə bitməsi üçün çağırışlar etdiyi halda, Ermənistanın provokasiyalara getməsi, atəşkəs rejimini pozması, dinc əhali arasında itkilər yaratması fonunda, müharibəyə hazır olmaqla Qafqazda ən müasir, mobil, keyfiyyətli, çevik və professional orduya malik olmaq, qəsbkarla güc dilində danışmaq qaçınılmazdır.

Mənbələr:
Fırtına gözləntisində: Cənubi Qafqaz. Makienkonun redaktəsi altında. Moskva, Strategiya və Texnologiyaların Təhlili Mərkəzi.
http://militera.lib.ru/memo/russian/grechko_aa_1/pre1.html
http://eurasian-defence.ru/?q=node/4187
http://www.odnako.org/blogs/k-giper-militarizacii-azerbaydzhana-protiv-kogo-on-tak-vooruzhaetsya/comments/
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%80%D0%BC%D0%B8%D1%8F_%D0%BE%D0%B1%D0%BE%D1%80%D0%BE%D0%BD%D1%8B_%D0%9D%D0%B0%D0%B3%D0%BE%D1%80%D0%BD%D0%BE-%D0%9A%D0%B0%D1%80%D0%B0%D0%B1%D0%B0%D1%85%D1%81%D0%BA%D0%BE%D0%B9_%D0%A0%D0%B5%D1%81%D0%BF%D1%83%D0%B1%D0%BB%D0%B8%D0%BA%D0%B8

(Ardı var...)
Hərbi ekspert Abuzər Əbilov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Atəşkəs   Qarabağ   İnkişaf  

Atəşkəs kontekstinə nişangahdan baxış - HƏRBİ ESKPERT (I Yazı)

2019/02/15464-1549451078.jpg
Oxunub: 1765     14:31     06 Fevral 2019    