Brilyantla bəzədilmiş qızıl Georgi silahını alan ilk azərbaycanlı sərkərdə

2019/02/photo-1549355536.jpg
Oxunub: 5007     12:23     05 Fevral 2019    
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində əldə etdiyi çox mühüm uğurlardan biri, heç şübhəsiz ki, qısa müddət ərzində döyüşkən bir ordunun yaradılması oldu. Belə bir ordunun yaradılması yalnız müstəqil dövlət quruculuğu baxımından deyil, həm də konkret tarixi şəraitdə Azərbaycanın ərazi bütövlüyünə və mövcudluğuna qarşı istiqamətlənmiş real təhlükələrin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edirdi. Cümhuriyyət Ordusunun çox qısa bir zamanda güclü və döyüş qabiliyyətli orduya çevrilməsində Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun əməyi danılmazdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edildi. Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin 7 noyabr 1918-ci ildə fəaliyyətə başlamasının 100 illik yubileyi ilə əlaqədar olaraq, Cümhuriyyət Ordusunun Hərbi naziri olmuş tam artilleriya generalı Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun çar ordusundakı hərbi xidmətləri barədə geniş oxucu kütləsinə məlum olmayan bəzi arxiv məlumatları ilk dəfə olaraq bu məqalədə təqdim edilir.

Səməd bəy Sadıq bəy oğlu Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəran qəzasında məmur ailəsində anadan olub. Orta təhsilini Bakı Realnı Məktəbində alıb.

1 sentyabr 1873-cü ildə 2-ci Konstantinovsk Hərbi Məktəbinə daxil olub və 4 avqust 1875-ci ildə həmin məktəbi artilleriya ixtisası üzrə “praporşik” (Çar ordusunda ilkin zabit hərbi rütbəsi) hərbi rütbəsində bitirib.

Hərbi məktəbi bitirdikdən sonra 12 sentyabr 1875-ci ildə 1-ci Türküstan artilleriya briqadasının 3-cü artilleriya batareyasına təyin edilir. 24 noyabr 1875-ci ildən 3 fevral 1876-cı ilədək həmin briqadanın tərkibində Kokand xanlığındakı matçin dağlılarına qarşı əməliyyatlarda iştirak edir. 9 dekabr 1876-cı ildə "podporuçik", 26 dekabr 1877-ci ildə isə "poruçik" hərbi rütbələrinə layiq görülür. Poruçik Səməd bəy Mehmandarov Rusiya imperiyasında müsəlman dininə mənsub olanlara qarşı sərt qaydaların olduğu bir vaxtda 16 aprel 1879-cu ildə Sankt-Peterburq şəhərindəki Mixaylovsk Artilleriya Akademiyasına və 1 avqust 1881-ci ildə isə Baş Qərargahın Nikolayev Hərbi Akademiyasına təhsil almaq üçün cəhdlər edir, lakin həmin dövrlərdə mövcud olmuş süni manelərə görə göstərilən təhsil müəssisələrinə qəbul ola bilmir. Səməd bəy Mehmandarovun çox təcrübəli və savadlı zabit olduğunu nəzərə alsaq, heç şübhəsiz, göstərilən hərbi təhsil müəssisələrinə onun daxil olması bir o qədər də çətin olmazdı. Buna baxmayaraq Səməd bəy Mehmandarov ruhdan düşməmiş və hərbi xidmətini daha həvəslə davam etdirib.

31 oktyabr 1879-cu ildə Səməd bəy Mehmandarov 2-ci artilleriya briqadasının 6-cı yüngül artilleriya batareyasına təyin edilir. 18 sentyabr 1881-ci ildə isə həmin briqadanın 5-ci yüngül artilleriya batareyasına xidmət yeri dəyişdirilir. 29 noyabr 1882-ci ildə ona nümunəvi xidmətinə görə "ştabs-kapitan" hərbi rütbəsi verilir. Ştabs-kapitan Səməd bəy Mehmandarov 17 iyun 1885-ci ildə Tiflisdə yerləşən 38-ci artilleriya briqadasının 6-cı artilleriya batareyasına xidmətini davam etdirmək üçün göndərilir. 28 sentyabr 1888-ci ildə həmin briqadanın 3-cü artilleriya batareyasına keçirilir və 31 avqust 1889-cu ildə həmin briqadanın 4-cü artilleriya batareyasının təsərrüfat hissə rəisi təyin edilir. 16 dekabr 1890-cu ildə ona "kapitan" hərbi rütbəsi verilir. 7 yanvar 1894-cü ildə isə həmin briqadanın 2-ci artilleriya batareyasına keçirilir. 30 sentyabr 1894-cü ildə briqadanın dislokasiya yeri Qafqaz hərbi dairəsindən Varşava hərbi dairəsinə dəyişdirilir. 25 fevral 1895-ci ildən 22 mart 1896-cı ilədək briqada məhkəməsinin sədri vəzifəsini icra edir. 30 sentyabr 1895-ci ildə 2-ci artilleriya batareyasının təsərrüfat hissə rəisi vəzifəsindən azad edilir və 22 yanvar-1 iyun 1896-cı illərdə Varşava Hərbi Dairə məhkəməsinin müvəqqəti üzvü seçilir. 22 iyul 1896-cı ildə yenidən 38-ci briqadanın 6-cı artilleriya batareyasına təyin edilir. 7 avqust 1896-cı ildə isə həmin briqadanın 2-ci artilleriya batareyasına xidmət yeri dəyişdirilir. 11 noyabr 1896-cı ildə həmin briqadanın 3-cü artilleriya batareyasının təsərrüfat hissəsinin rəisi vəzifəsinə təyin edilir. 22 aprel-26 sentyabr 1897-ci il tarixlərində həmin briqadanın 3-cü artilleriya batareyasının komandiri vəzifəsini müvəqqəti icra edib.

1 yanvar 1898-ci ildə "podpolkovnik" hərbi rütbəsi verilməklə 3-cü atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının komandiri təyin edilib. 3-cü atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının Zabaykaliyeyə dislokasiya edilməsi ilə əlaqədar 1-ci artilleriya batareyası 2-ci əlahiddə artilleriya batareyası adlanır və onun komandiri kimi Zabaykalye artilleriya divizionunun tərkibinə keçir. 2 may 1898-ci ildə yeni xidmət yeri olan Zabaykalyenin Nerçinsk şəhərinə yollanır və 23 avqust 1898-ci ildə xidmət yerinə çatır. Xidmət dəftərçəsində 15 dekabr 1899-cu ilə olan məlumata görə xidməti üzrə cəza, töhmət almayıb və subay olub.

2 iyul 1900-cü ildən 26 mart 1901-ci ilədək Çin kompaniyasında iştirak edir. Çin kompaniyasında fərqləndiyinə görə 31 yanvar 1901-ci ildə ona "polkovnik" hərbi rütbəsi verilib.

17 iyun-17 iyul 1901-ci il tarixlərində Zabaykalye artilleriya divizionu komandiri vəzifəsini müvəqqəti icra edir. 18 avqust 1901-ci ildən 21 mart 1902-ci ilədək Xulançen şəhərinin Zasunqariysk bölməsində hərbi hissəyə komandanlıq edir. 14 may-17 iyul 1902-ci il tarixlərində müvəqqəti olaraq Zabaykalye artilleriya divizionu komandiri vəzifəsini icra edib.

27 yanvar 1903-cü ildə Artilleriya Məktəbinə zabit kursuna göndərilir və 1 fevral 1903-cü ildə Artilleriya Məktəbinin zabit kursu siyahısına daxil edilir. 10 sentyabr 1903-cü ildə həmin kursu əla qiymətlərlə bitirir.

Kursu bitirdikdən sonra 1 oktyabr 1903-cü ildə Zabaykalye artilleriya divizionunun 2-ci artilleriya batareyasının komandiri təyin edilir. 18 fevral 1904-cü ildə 7-ci Şərqi-Sibir atıcı artilleriya divizionunun komandiri təyin edilir. 3 may-21 dekabr 1904-cü il tarixlərində rus-yapon müharibəsində və xüsusən də Port-Artur qalasının müdafiəsində iştirak edir. 13 oktyabr 1904-cü ildə yaponların Port-Artur qalasının 3 saylı istehkam hissəsinə hücumu zamanı başından kontuziya alır. 13 iyul 1904-cü ildə yaponlara qarşı döyüşlərdə fərqləndiyinə görə “general-mayor” hərbi rütbəsi verilir. 23 dekabr 1904-cü ildən 18 noyabr 1905-ci ilədək yapon əsirliyində olub. Burada bir məqamı qeyd etmək lazımdır ki, Səməd bəy Mehmandarov yaponların təklif etdiyi Yaponiyaya qarşı bir daha vuruşmayacaqlarına dair öhdəliyə digər zabitlərdən fərqli olaraq imza atmadığına görə tabeliyində olan əsgərlərlə birlikdə əsir alınır və əsir düşərgəsinə göndərilir. Əsirlikdən azad edildikdən sonra göstərdiyi şücaətə görə onun 1 may-20 dekabr 1904-cü il tarixlərində Port-Artur qalasındakı xidməti Hərbi Nazirliyin 1905-ci il tarixli 351 saylı əmri ilə 1 il hesablanmış və Hərbi Nazirliyin 1906-cı il tarixli 494 saylı əmri ilə yapon əsirliyindəki müddəti həqiqi hərbi xidmət illərinə sayılmışdır. Əsirlikdən azad edildikdən sonra 13 dekabr 1905-ci ildə 75-ci artilleriya briqadasının komandiri təyin edilir. 14 dekabr 1905-ci ildə 75-ci artilleriya briqadası 7-ci Şərqi Sibir atıcı artilleriya briqadası adlanır. 9 fevral 1906-cı ildə Sankt-Peterburq şəhərinə Port-Artur üzrə təltif təqdimatlarına baxılması üçün yaradılmış komissiyanın işində iştirak etmək üçün ezam edilir. Müvəqqəti olaraq 31 iyuldan 10 avqust 1906-cı ilədək, 16 avqustdan 16 sentyabr 1906-cı ilədək, 31 dekabr 1906-cı ildən 10 yanvar 1907-ci ilədək, 17-29 yanvar 1907-ci il və 10-13 fevral 1907-ci il tarixlərində, 13 martdan 11 may 1907-ci ilədək və 16 maydan 07 iyun 1907-ci ilədək 7-ci Şərqi Sibir atıcı artilleriya briqadası komandiri, 3-26 oktyabr 1906-cı il tarixlərində və 7 iyundan 15 iyul 1907-ci ilədək isə 3-cü Ordu korpusunun rəisi vəzifələrini icra edir. 15 iyun 1907-ci ildə 3-cü Ordu korpusunun artilleriya rəisi vəzifəsinin icraçısı təyin edilir və 13 iyul 1908-ci ildə “general-leytenant” hərbi rütbəsi verilməklə həmin korpusun artilleriya rəisi vəzifəsinə təsdiq olunur.

29 oktyabr 1907-ci ildən 09 yanvar 1908-ci ilədək Sankt-Peterburq şəhərində Port-Artur qalasının yapon qoşunlarına təhvil verilməsi üzrə Ali Hərbi Cinayət Məhkəməsinin məhkəmə iclasında şahid qismində iştirak edir. 3 yanvar 1909-cu ildə 3-cü Ordu korpusunun tabeliyində olan hərbi hissələrdə qış təlimlərinin aparılmasının yoxlanılması üzrə komissiyanın sədri təyin edilir.

24 may 1910-cu ildə 1-ci Qafqaz Ordu korpusunun artilleriya rəisi vəzifəsinə təyin edilir. 1910-cu ilin iyununda xidmət dəftərçəsindəki məlumata görə xidməti üzrə cəza və töhmət almamış, evli olub. Həyat yoldaşı: Yelizaveta Nikolayevna Teslav - Jitomirdə, oğlu İqor (Pir bəy) isə 18 noyabr 1908-ci ildə İrkutskda anadan olub.

Tam artilleriya generalı Səməd bəy Mehmandarov çar ordusunda ən yüksək medallara layiq görülüb.
31 iyul 1910-cu ildə general Səməd bəy Mehmandarov 1-ci Qafqaz Ordu korpusununun artilleriya üzrə müfəttişi təyin edilir. 31 dekabr 1913-cü ildə isə 21-ci piyada diviziyasının komandiri təyin edilir. Həmin diviziya 81-ci Abşeron, 82-ci Dağıstan, 83-cü Samur və 84-cü Şirvan piyada alaylarından ibarət idi.

"Brilyantla bəzədilmiş qızıl Georgi silahı" haqqında 1913-cü il tarixli qanuna əsasən "Həmin silahla İmperator həzrətlərinin şəxsi icazəsi ilə parlaq hərbi qəhrəmanlığa görə hərbi sərkərdələr təltif ediliblər". Həmin silahla Birinci Dünya müharibəsində yalnız Peremışlyanın, Ərzurumun alınması və Cənub-Qərb cəbhəsindəki uğurlu hücumlara görə rus hərbi sərkərdələrindən 9-cu Ordunun komandanı tam piyada generalı P.A.Leçiski 27 sentyabr 1914-cü ildə, 3-cü Qafqaz Ordu korpusunun komandiri general-leytenant V.A.İrman 4 noyabr 1914-cü ildə, 44-cü piyada diviziyasının komandiri general-leytenant S.F.Dobrotin 20 fevral 1915-ci ildə, Ali Baş Komandan general-adyutant tam süvari generalı böyük knyaz Nikolay Nikolayeviç (kiçik) 12 aprel 1915-ci ildə, 1-ci Qafqaz Ordu korpusunun komandiri tam süvari generalı P.P.Kalitin 19 may 1916-cı ildə, Cənub-Qərb cəbhəsinin komandanı general-adyutant tam süvari generalı A.A.Brusilov 20 iyul 1916-cı ildə və 8-ci Ordu korpusunun komandiri general-leytenant A.İ.Denikin 22 sentyabr 1916-cı ildə təltifə layiq görülürlər.

Beləliklə, fəxrlə deyə bilərik ki, general Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsində yeganə azərbaycanlı hərbi sərkərdə olaraq bu silahla təltif edilib.

Dünya şöhrətli general həyatını fəxrlə hərb sənətinə həsr edib və çar ordusunda zəngin təcrübə qazanıb. Çar ordusundan tərxis edildikdən sonra həmin təcrübəni öz doğma Vətəninin istiqlalı naminə Cümhuriyyət Ordusunun təşkilatlandırılmasına, möhkəmləndirilməsinə və onun yüksək döyüş qabiliyyəti olan bir orduya çevrilməsinə sərf edib.

Generalın əqidə bütövlüyü, dürüstlüyü, zabit əyilməzliyi, Cümhuriyyət Ordusuna sədaqəti, Azərbaycan xalqı qarşısında göstərdiyi təmənnasız və sədaqətli xidmətləri gələcək nəsillərin də xatirələrində yaşamalı və hər bir müasir Azərbaycan zabitinin dürüstlük və sədaqət nümunəsi sayılmalıdır.

Atamalı Şahbazov, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SəmədbəyMehmandarov  

Brilyantla bəzədilmiş qızıl Georgi silahını alan ilk azərbaycanlı sərkərdə

2019/02/photo-1549355536.jpg
Oxunub: 5008     12:23     05 Fevral 2019    