Donbasda BMT sülhməramlı missiyası 1,5 milyard dollara başa gələ bilər

2019/01/14243-1548920577.jpg
Oxunub: 1452     11:36     31 Yanvar 2019    
Birləşmiş Millətlər Təşkilatının Ukraynanın Donbas vilayətində yerləşdirməsi planlaşdırılan sülhməramlı missiyanın xərcləri 1,5 milyarda çata bilər.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəis müavini İqor Romanenko danışıb.

O bildirib ki, qüvvələrin yerləşdirilməsi qərarı əvvəlcə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməlidir ki, burada da Rusiyanın veto hüququ var. Sabiq rəsminin sözlərinə görə, hətta bu baş versə belə, BMT-nin texniki missiyasının yerləşməsi xeyli zaman ala bilər.

Daha sonra ekspertlər nəzərdə tutulan məqsədə nail olmaq üçün tələb olunan vəsaiti hesablayacaqlar. Romanenko ilkin hesablamalara görə, Donbasda 5-20 min arası sülhməramlıya ehtiyac duyulduğunu və bunun üçün 1,5 milyard dolların lazım olacağını ifadə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna   BMT  


Bizi "telegram"da izləyin