Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın Ortaq Proqram Bölməsi məlumat yayıb.
Növbəti ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir.
Qeyd edək ki, hazırda F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.
Ağalar Ağalarlı
Ordu.az