Bu il Ukrayna silahlanmasına 20 yeni silah daxil olacaq

2019/01/ZBXVP-1548826865.jpg
Oxunub: 1892     09:40     30 Yanvar 2019    
2019-cu ildə Ukrayna Silahlı Qüvvələri silahlanmasına 20 yeni silah növü daxil edilməsi planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın cari il üçün müdafiə satınalmaları proqramında bildirilib.

Ölkənin Müdafiə naziri Stepan Poltorak bildirib ki, bu ilin satınalma proqramı olduqca optimistdir və daha əvvəl Ukrayna SQ-nin sahib olmadığı yeni silahlar təmin ediləcək.

“Bu, ona işarədir ki, biz irəliyə addımlayır və dayanmırıq”, - deyə o bildirib.

Yeni silahlar üçün Türkiyə, İsrail və ABŞ-la danışıqlar aparıldığı qeyd edilib. Bundan əlavə, Müdafiə Nazirliyinin büdcəsinin 12%, müdafiə sənayesindəki işçilərin sayının 25%, onların maaşlarının isə ortalama 350% artdığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Silahlanma  

Bu il Ukrayna silahlanmasına 20 yeni silah daxil olacaq

2019/01/ZBXVP-1548826865.jpg
Oxunub: 1893     09:40     30 Yanvar 2019    