İnnovasiya əsrində hərbi ağıl

2019/01/800px-1548228447.jpg
Oxunub: 1309     11:35     23 Yanvar 2019    
Dəyərlərlə birləşmiş bir “hərbi ağıl”, yaxud hərbi zehin və hərbi düşüncə innovasiyaları gerçəkləşdirə bilərmi?

1957-ci ildə Samuel Hantinqton hərbi ağıl, yaxud dünyanı görən və onunla qarşılıqlı əlaqəyə keçən ordunun izahını verdi. Bu izah daha sonradan onun məşhur “Əsgər və Dövlət” əsərinin təməl daşını formalaşdırdı. Hantinqtona görə, ideal əsgər klassik mənada konservativdir. Hərbi ağıl insan təbiətinin əzmini, irrasionallığını, zəifliyini və bəd niyyətini əks etdirir. Müəllifin hərbi ağıl konsepsiyası insan əməkdaşlığına şübhə ilə yanaşır və bunun dəyişəcəyinə inanmırdı. Əsgərlər üçün dəyərin yeganə bir ölçüsü var idi, bu da status-kvonun qorunması: pessimistik, tarix yönümlü, qısa, realistik və mühafizəkar.

Bu gün isə hərbi ağıl termini innovativ ağıl ilə yanaşı işlənir. Hərbi ağıl mühafizəkar, innovativ ağıl isə yeni fikir və təcrübələrə açıqdır. Birinci insan əməkdaşlığına şübhə ilə yanaşsa da, ikinci əməkdaşlığın gücünə inanır. Bu ikisi təbii olaraq qarışmasa da, bir digərindən asılıdır, adətən, hərbi ağıl innovativ ağıldan. Sual budur ki, hərbi düşüncə innovativ düşüncədən bu qədər asılı olmasına baxmayaraq niyə onunla uyğunlaşa bilmir?

Əslində saf hərbi düşüncə, yaxud innovativ düşüncə mövcud deyil. Bu iki termin zəngin hərbi nümayəndə və innovatorlar düşüncələrinin bəsit şəkildə kateqoriyaya ayrılmasıdır. Sadələşdirmə bir sıra detalları sıradan çıxarsa da, hərtərəfli həqiqətləri ümumiləşdirir. Yəni, nə Hantinqtonun hərbi düşüncə konsepsiyası, nə də bugünkü innovativ düşüncə hansısa bir şəxsi təsvir edə bilməz, onlar yalnız ümumi səviyyədə doğrudur.

Hantinqton qeyd edirdi ki, ölkəni müdafiə etməyin ən yaxşı yolu riskli və qeyri-müəyyən dünyaya skeptik yanaşmadır: hər şeyi mümkün qədər konkretləşdirmək, kateqoriyalara ayırmaq, “yaxşı” və “pis”, “doğru” və “yanlış” arasında aydın xətt çəkmək.

Lakin 1990-cı illərin informasiya texnologiyaları inqilabından sonra hiperəlaqələrin yaranması, sərhədlərin bulanıqlaşması bunu çətinləşdirdi. Bu gün ən yaxşı texnologiya şirkətləri onlardır ki, bütün riskləri nəzərə alaraq əməkdaşlıq edir. Ölkələr birlikdə hərbi təlimlər keçirir və mübadilələr edir. Dövrümüzün müharibə anlayışı isə daha çox kiber müharibə və informasiya müharibə anlayışları ilə təsvir edilir. Bu o deməkdir ki, hərbi düşüncə artıq informasiya texnologiyaları ilə inteqrasiya etmək məcburiyyətindədir.

Müəllif qeyd edirdi ki, hərb sənətinin əsasını praktika təşkil edir və hər bir hərbi işçi öz həyatının ən azı üçdə birini məşqə həsr etməlidir. Lakin o bu praktikanın “təkbaşına” olmasına diqqət çəkir, insan təbiətinin əməkdaşlığa qarşı olduğunu iddia edirdi.

Günümüzün innovativ düşüncəsi isə daha fərqli bir baxış bucağı tələb edir. Sadə bir misal versək, döyüş gəmiləri, aviadaşıyıcılar və zirehli maşınlar birlikdə təlim keçirərsə, döyüş hazırlığı daha yüksək olar, yoxsa hər biri ayrı-ayrılıqda? Qüvvələri koordinasiya etmək hər zaman olduğundan daha əhəmiyyətli olub, buna görə özü ilə birlikdə kommunikasiya çətinlikləri gətirsə də, əməkdaşlığa ehtiyac var. Digər bir məsələ isə odur ki, hərbi düşüncə əsrlərdir, demək olar ki, dəyişməyib. İnnovativ düşüncə isə həddi görülməmiş bir sürətlə dəyişir, inkişaf edir: kibertəhlükəsizlik, biotexnologiya, şəbəkə robotları və s.

Ziddiyyət isə burada ortaya çıxır ki, belə sürətlə dəyişən bir dünyada Hantinqtonun “hərbi ağıl”ı hələ də labüddürmü?

Cavab ortaq məxrəcin yaradılmasıdır. Hərbi bürokratiya müəyyən əməkdaşlıq və adaptasiyalara uyğunlaşdırıla bilər. Bunun üçün isə təşkilarlarda bu düşüncənin aşılanması və vacib tədbirlərin həyata keçirilməsi lazımdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İnnovasiya   Hərbi-ağıl  

İnnovasiya əsrində hərbi ağıl

2019/01/800px-1548228447.jpg
Oxunub: 1310     11:35     23 Yanvar 2019    