“Pantsir SA” sistemləri bu il Rusiya silahlanmasına daxil ediləcək

2019/01/Pants-1548067475.jpg
Oxunub: 1921     14:43     21 Yanvar 2019    
“Pantsir-SA” sistemlərinin ilk arktik dəsti 2019-cu ildə hərbi birliklərə təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı bu gün Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko açıqlayıb.

Krivoruçko bu gün “Şeglovski Val” silahqayırma müəssisəsini ziyarət edib və silahın istehsal prosesinin gedişatı ilə tanış olub.

O bildirib ki, “Pantsir-SA”nın sınaqlarına önümüzdəki günlərdə başlanılacaq.

Bundan əlavə, müəssisəyə səfəri zamanı Müdafiə Nazirinin müavini “Pantsir-S” raket və silah sistemlərinin serialı istehsalı ilə bağlı işlərin gedişini də yoxlayıb. O həmçinin “Berejok” və “Baxça-U” piyadaların döyüş maşınının və aviasiya hücum vasitələrinin istehsalı ilə də tanış olub.

Krivoruçko həmçinin “Kornet” və “Arkan” tank əleyhinə raketləri, 30 mm avtomatik topları və kiçik silahların istehsalını da yoxlayıb.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pantsir-SA   Rusiya  

“Pantsir SA” sistemləri bu il Rusiya silahlanmasına daxil ediləcək

2019/01/Pants-1548067475.jpg
Oxunub: 1922     14:43     21 Yanvar 2019    