Gecəgörmə cihazlarında yeni dövrün başlanğıcı – VİDEO

2019/01/39FE8-1547712970.jpg
Oxunub: 1345     21:32     14 Mart 2019    
ABŞ ordusu və Daxili Təhlükəsizlik Nazirliyi üçün termal görüntüləmə sistemləri istehsal edən “Sierra Pacific Innovations” korporasiyası özünün yeni texnologiyasını təqdim edib.

Ordu.az “Stars and Stripes”ə istinadən xəbər verir ki, bu cihaz qaranlıq şəraitdə əməliyyat baxımından inqilabi hesab edilə biləcək imkanlar təmin edəcək.

Qərargahı Las Veqas yaxınlığında yerləşən firmanın gecəyarısı çəkilmiş videosundan da aydın olduğu kimi cihaz istifadəçiyə tam rəngli görüntü təqdim edə bilir. X27 kimi bilinən sistemdən istifadə edən cihaz işığı orijinal parlaqlığından 85 min dəfə artıra bilir.

Onun sensorları ultra-ekstremal işıq miqdarını toplayaraq, aydın, təmiz və parlaq görüntüyə çevirir. Cihazın əməliyyat zamanı düşməni dostdan, hərbçini, mülkidən ayırmağa imkan verəcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gecəgörmə-cihazları  

Gecəgörmə cihazlarında yeni dövrün başlanğıcı – VİDEO

2019/01/39FE8-1547712970.jpg
Oxunub: 1346     21:32     14 Mart 2019    