Putin Serbiya ilə hərbi əlaqələrin inkişafına söz verib

2019/01/MpEhU-1547633296.jpg
Oxunub: 1316     14:07     16 Yanvar 2019    
Rusiya prezidenti Vladimir Putin bundan sonra da Serbiya ilə mövcud olan hərbi əməkdaşlığın inkişaf etdiriləcəyinə söz verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Serbiya nəşrlərindən birinə verdiyi müsahibəsində danışıb.

“Uzun illərdir ki, biz Serbiyanın müdafiə imkanlarının genişləndirilməsinə yardım edirik. Bura onun silahlar və hərbi ləvazimatlarla təchizatı, xidmət və modernizasiyaya dəstək və s. daxildir. Biz hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindəyik”, - deyə Putin vurğulayıb.

O, Serbiya hökumətinin ölkənin neytral statusunu qorumaq istiqamətində yeritdikləri siyasi kursu yüksək qiymətləndirdiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin