Rusiya və ABŞ-dan olan diplomatlar raket müqaviləsi ilə bağlı görüşəcəklər

2019/01/09_01-1547538346.jpg
Oxunub: 789     11:44     15 Yanvar 2019    
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ Dövlət katibinin müavini Andrea Tompsonla görüşəcəyini açıqlayıb.

Ordu.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, bu gün Cenevrədə baş tutacaq görüşdə bir neçə müddətdir üzərində qara buludlar dolaşan silahlara nəzarət müqaviləsinin müzakirə ediləcəyini bildirib.

Xatırladaq ki, müqavilə 1987-ci ildə ABŞ və Sovet İttifaqı tərəfindən 500-5500 kilometr mənzilə malik yerdən atılan qanadlı və ballistik raketlərin istehsalı, sınağı və yerləşdirilməsini qadağan etmək məqsədilə imzalanıb. Ötən ilin oktyabrında ABŞ prezidenti Donald Tramp isə ölkəsinin bu müqavilədən birtərəfli olaraq çıxmağa hazırlaşdığını elan edib.

Daha sonra göstərilən diplomatik cəhdlərdən sonra ABŞ öz etirazlarına adekvat addımların atılması üçün Rusiyaya bu ilin fevralına qədər vaxt verib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   OYMR  

Rusiya və ABŞ-dan olan diplomatlar raket müqaviləsi ilə bağlı görüşəcəklər

2019/01/09_01-1547538346.jpg
Oxunub: 790     11:44     15 Yanvar 2019    