İranın hərbi təyyarəsi qəzaya uğrayıb: Ölənlər var

2019/01/n8316-1547456769.jpg
Oxunub: 322     12:58     14 Yanvar 2019    
İrana məxsus hərbi təyyarənin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində 15 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı bu gün İran aviasiya təşkilatının sözçüsü Rza Cəfərzadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, “Boeing-707” tipli yük təyyarəsi Bişkekdən İrana qayıdarkən qəzaya uğrayıb.

İran FHN rəsmisi Müctəba Xalidi açıqlayıb ki, təyyarənin göyərtəsində 16 nəfər olub. Onlardan 7-sinin öldüyü təsdiqlənib, 1 nəfərin isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırıldığı qeyd olunub.

İsrail KİV-lərinin məlumatlarına görə isə hadisə nəticəsində 15 nəfər həlak olub.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Yük-təyyarəsi   Qəza  

İranın hərbi təyyarəsi qəzaya uğrayıb: Ölənlər var

2019/01/n8316-1547456769.jpg
Oxunub: 325     12:58     14 Yanvar 2019    