Ankaranın Trampın qoşunları geri çəkməsindən sonrakı mövqeyi

2019/01/getty-1547453256.jpg
Oxunub: 325     13:51     14 Yanvar 2019    
Donald Tramp Suriyadan ABŞ qoşunlarını geri çəkməyi qərara alıb və hazırda 2000 əsgərin müharibədə oynadığı rolunu dayandırması gözlənilir. O bildirib ki, artıq İŞİD məğlub edilib və ordunun burada qalmasına ehtiyyac yoxdur.

Bir çox şərhçilər, bunun Suriyada hələ də İŞİD terrorçuları olduğu üçün erkən olduğunu iddia edir və beləliklə də çəkilmənin İŞİD-in canlanmasına gətirib çıxara biləcəyini, hətta bəziləri Türkiyə tərəfindən başladıla biləcək başqa bir müharibəyə gətirib çıxara biləcəyini irəli sürürlər.

Lakin bu tənqid Türkiyə hökumətinin Tramp tərəfindən qoşunların geri çəkilməsini alqışladığı üçün doğru deyil. Üstəlik, ABŞ-ı alqışlamaqla, Türkiyə hökuməti Fransa kimi digər iştirakçıları da öz qoşunlarını geri çəkməyə təşviq edərək çox müsbət mövqe tutub.

Türkiyə, ABŞ tərəfindən dəstəklənən YPG-nin hədəf alması üçün bundan sonra daha müstəqil olmağa doğru istiqamətlənib. Xarici İşlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Fransa Suriyadanın gələcəyinə böyük qatqı təmin edəcəyini düşünürsə, bu böyük addımdır.

“Amma əgər bunu YPG-ni qorumaq üçün edərlərsə, bu heç kimə heç bir fayda gətirməyəcək”, -deyə o qeyd edib.

Başqa sözlə, hərbi əməliyyatlarda hələ də oyuna davam etmək (YPG-ni qorumaq üçün) halında, Fransanın iştirakı Türkiyə üçün xoş deyil. Digər tərəfdən Fransa və İngiltərə, əsgərlərini geri çəkməyə həvəsli görsənmirlər. Fransa qüvvələrinin Suriyada qalacaqlarını və döyüşün davam etdiyini ifadə edib. Ancaq bu çətin ola bilər, çünki Fransa və İngiltərə ABŞ-ın əməliyyat dəstəyindən asılıdır və buna görə də Suriyadakı qoşunlarını saxlamaq ehtimalları azdır.

Bütün bu proseslər fonunda isə Türkiyənin mövqeyi qəti olaraq qalır. Bölgədəki YPG mövcudluğunu özü üçün təhklükə olaraq görür və onu PKK-nın bir qolu olaraq hesab edir. Bunun üçün də Türkiyənin bölgədəki məqsədi öz müttəfiqləri tərəfindən YPG-yə verilən dəstəyin qarşısının alınmasına çalışmaqdır. Ərdoğanın da açıqlamaları bu yöndədir. İŞİD və YPG ilə sonuna qədər mübarizə!

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Türkiyə   YPG  

Ankaranın Trampın qoşunları geri çəkməsindən sonrakı mövqeyi

2019/01/getty-1547453256.jpg
Oxunub: 328     13:51     14 Yanvar 2019    