Permyakov hadisəsindən 4 il keçib: Nə dəyişib?| "Hraparak"

2019/01/0-39-1547452443.jpg
Oxunub: 471     11:45     14 Yanvar 2019    
"12 yanvar 2015-ci ildə Gümrü şəhərində yerləşən rus hərbi bazasının müddətli xidmət hərbi qulluqçusu Valeri Permyakov şəhərdə yaşayan Avetisyanlar ailəsinin evinə daxil olaraq avtomat silahla ailənin 6 üzvünü öldürdü. Həmin ailənin kiçik yaşlı körpəsi Permyakovun açdığı atəş nəticəsində yaralanaraq, hadisədən bir həftə sonra xəstəxanada öldü".

Ordu.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazada qulluq edən hərbi qulluqçuların iştirakı ilə baş vermiş hadisələrə və nəticələrə toxunarkən yazıb.

Nəşrə görə, Permyakov hadisəsi Ermənistanda böyük hay-küyə səbəb oldu və cəmiyyət tərəfindən geniş şəkildə tənqid edildi. Bu hadisədən sonra Gümrüdə etiraz aksiyaları başladı. Etiraz aksiyalarının məqsədi hadisəni törədən şəxsin Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməsi, cəzasının Ermənistan həbsxanalarında çəkməsinə nail olunmasından ibarət idi. Lakin Permyakov Rusiyaya aparıldı və hazırda 10 il azadlıqdan məhrum etmə cəzasını orada çəkməkdədir.

"Hadisə Ermənistanda vaxtaşırı gündəmə gətirilməklə bazanın çıxarılması tələbi ilə etiraz aksiyaları keçirilib. Son baş verən hadisə bu məsələni bir daha gündəmə gətirib. Bir sıra yumşaldıcı tələblər də irəli sürülüb. Bu tələblərə görə hərbi baza və ictimaiyyət münasibətlərində təhlükəsizliyin təmin olunması qeyd olunur. Daha öncə hərbi bazanın təlimlərindən biri zamanı partlamamış hərbi sursatla oynayarkən, baş verən partlayış iki uşağın həyatına da son qoyub.

Hal hazırda həmin ərazilər hasara alınmayıb və hadisələrin təkrar olunması ehtimalı yüksəkdir. Hərbi bazada xidmət edən hərbi qulluqçuların seçilməsi başqa bir məsələdir. Permyakov müddətli xidmət hərbi qulluqçusu olub, ilkin hərbi hazırlığını Rusiyadakı hərbi hissələrdən birində keçirib və daha sonra Gümrüyə köçürülüb. Baş verən hadisədən sonra Rusiya mətbuatında yayılan məlumatlara görə, Rusiya Müdafiə Nazirliyinin hərbi bazada yalnız müqaviləli hərbi qulluqçuların təyin edilməsinə dair qərar qəbul etdiyi bildirilib", - deyə nəşr qeyd edir.

Nəşr, 102-ci hərbi bazada qulluq edən hərbi qulluqçuların iştirakı ilə 12 ölüm hadisəsinin baş verdiyini vurğulayır və sonuncu hadisə nəticəsində heç nəyin dəyişmədiyinə diqqət çəkir: "Ehtimal olunurdu ki, müqaviləli hərbi qulluqçular daha yetkin olduğuna görə onların iştirakı ilə cinayət hadisələrinin baş verməsi halları azalacaq. Lakin, Rusiya Müdafiə Nazirliyi hərbi bazanın qismən müddətli xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi işini davam etdirir. Ermənistandakı hərbi bazanın hərbi qulluqçularının iştirakı ilə törədilən cinayət hallarının statistikasının isə olmadığı bildirilir. Yalnız o məlumdur ki, bazanın və onun hərbi qulluqçularının iştirakı ilə baş verən cinayət hadisələri nəticəsində indiyədək Ermənistanın 12 vətəndaşı ölüb.

Sonuncu belə bir hadisə, məlum olduğu kimi ötən ilin dekabr ayında baş verib. Hərbi bazanın hərbi qulluqçusu Gümrü küçələrindən birində təmizlik işləri aparan süpürgəçilərdən birini döyərək öldürüb. Onunla bağlı cinayət işi araşdırılma mərhələsindədir, lakin hərbi qulluqçu eyni qaydada Rusiyaya məxsus hərbi bazada saxlanılır və Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməyib".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   102-baza   Ölüm  

Permyakov hadisəsindən 4 il keçib: Nə dəyişib?| "Hraparak"

2019/01/0-39-1547452443.jpg
Oxunub: 472     11:45     14 Yanvar 2019    