Yunanıstanda hökumət böhranı: Müdafiə naziri istefa verdi

2019/01/5c3b1-1547449820.jpg
Oxunub: 331     11:12     14 Yanvar 2019    
Yunanıstanın Müdafiə naziri Panos Kammenos fikir ayrılıqları səbəbindən istefa verib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Kammenos istefasını Baş nazir Aleksis Tsiprasa bazar günü təqdim edib.

Bildirilir ki, Yunanıstanın Müdafiə naziri, Makedoniya ilə ölkənin adına görə mübahisəni bitirəcək müqaviləyə etiraz əlaməti olaraq istefa edib. Nazir Panos Kammenosun istefası koalisiya hökumətini milli seçkilər öncəsi təhlükə altında qoya bilər.

O, Baş nazirlə görüşdən sonra çıxış edərək “Makedoniyanın ad məsələsi nazir kürsüsünü qurban verməməyimin qarşısını ala bilmədi” deyib.

Xəbərin ardından Baş nazir Tsipras, bu həftə öz hökumətinə etimad səsverməsi çağırışı edəcəyini açıqlayıb.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yunanıstan   Müdafiə-naziri   İstefa  

Yunanıstanda hökumət böhranı: Müdafiə naziri istefa verdi

2019/01/5c3b1-1547449820.jpg
Oxunub: 334     11:12     14 Yanvar 2019    