İsrailin Livanla sərhəddəki hərbi əməliyyatı yekunlaşıb

2019/01/18746-1547448525.jpg
Oxunub: 349     10:47     14 Yanvar 2019    
İsrailin Livanla sərhədindəki hərbi əməliyyatları, “Hizbullah” tərəfindən qazılan altıncı, yəni sonuncu tunelin aşkarlanmasından sonra sona çatıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun sözçüsü polkovnik-leytenant Conatan Konrikus jurnalistlərə açıqlayıb.

“Bir ay yarım əvvəl hədəflənən nailiyyətimizə çatdıq”, - deyə o bildirib.

O qeyd edib ki, aşkarlanan sonuncu tunel önümüzdəki günlərdə məhv ediləcək.

Konrikus onu da vurğulayıb ki, sərhədin Livan tərəfində hələ də tunellər qalmaqdadır.

Qeyd edək ki, ötən ayın əvvəli İsrail ordusu Livanla sərhəddəki tunelləri məhv etmək üçün “Şimal Qalxanı” əməliyyatını başladıb.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Livan   Tunel   Hizbullah  

İsrailin Livanla sərhəddəki hərbi əməliyyatı yekunlaşıb

2019/01/18746-1547448525.jpg
Oxunub: 352     10:47     14 Yanvar 2019    