İrəvanın 3 fərqli istiqamətində bomba həyəcanı

2019/01/dmail-1547447020.jpg
Oxunub: 869     10:20     14 Yanvar 2019    
Dünən saat 19:36 radələrində "911" xidmətinə İrəvan şəhər Zakyan-8 və Bağramyan-1 ünvanlarında yerləşən "Vivarobet" bukmeyker şirkətlərində və Sebastya-123 ünvanında yerləşən "Fast Credit" kredit təşkilatında bomba qoyulduğu barədə məlumat daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Satenik Asilyan yerli KİV-lərə açıqlamasında deyib.

Hadisə yerinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin yanğın xilasetmə dəstəsinin müvafiq olaraq bir heyəti, fövqəladə vəziyyətlərə reaksiya qrupu, milli böhran idarəetmə mərkəzinin əməliyyat qrupu və psixoloji dəstək şöbəsinin psixoloji məsləhət üzrə təlimatçısı cəlb edilib.

Saat 20:00 radələrində hər üç ünvanda axtarış həyata keçirilib, lakin heç bir bomba aşkar edilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İrəvan   Bomba-həyəcanı  

İrəvanın 3 fərqli istiqamətində bomba həyəcanı

2019/01/dmail-1547447020.jpg
Oxunub: 870     10:20     14 Yanvar 2019    