Düşmən Qazaxda daha bir təxribata əl atdı: Mülki sakinə atəş açılıb (FOTOLAR)

2019/01/02-15-6189149180.jpg
Oxunub: 1776     13:47     12 Yanvar 2019    
Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən xəbərə görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotun-dan atəş açılmış, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Düşmən Qazaxda daha bir təxribata əl atdı: Mülki sakinə atəş açılıb (FOTOLAR)

2019/01/02-15-6189149180.jpg
Oxunub: 1777     13:47     12 Yanvar 2019    