Hindistan və ABŞ xarici siyasət məsələlərini müzakirə edib

2019/01/india-1547280785.jpg
Oxunub: 660     12:11     12 Yanvar 2019    
Dünən Hindistan və ABŞ 2+2 formatında görüş keçirib və ikitərəfli müdafiə əməkdaşlığı, eləcə də xarici siyasət məsələlərini müzakirə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu görüşdə Hindistan Xarici İşlər nazirinin katibi Quranqalal Das, Müdafiə nazirinin katibi Şambu Kumaran, ABŞ səfiri Alis Vels və Müdafiə naziri katibinin müavini Randal Şriver iştirak edib.

Tərəflər sözügedən məsələlərdən əlavə, Hind-Sakit Okeanı hövzəsində azad, açıq və sülhməramlı əməkdaşlıq barəsində razılığa gəliblər.

Qeyd edək ki, müzakirələrin ilk raundu sentyabr ayında Yeni Dehlidə keçirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   ABŞ  

Hindistan və ABŞ xarici siyasət məsələlərini müzakirə edib

2019/01/india-1547280785.jpg
Oxunub: 661     12:11     12 Yanvar 2019    