Türkiyənin 5 mərhələli Münbic planı

2019/01/tanks-1547279427.jpg
Oxunub: 733     11:49     12 Yanvar 2019    
Türkiyə ordusu Suriyanın şimalındakı Münbicə hücum üçün 5 mərhələli hərbi planını açıqlayıb.

Ordu.az “Daily Sabah” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərbi tədqiqatçı Erkam Çoban məlumat verib.

Onun sözlərinə görə, ilk mərhələ Türkiyə sərhədləri yaxınlığındakı ərazilərdə və Suriya-Türkiyə sərhəddindəki YPG-nin terror koridorlarında təhlükəsizliyi təmin etməkdir. Türkiyə ordusu yalnız Münbicin təhlükəsizliyini təmin etdikdən sonra içəriyə doğru irəliləyəcək.

Hücumun ilk istiqaməti Şanlıurfa şəhərindəki Akçakale olacaq, çünki Türkiyə ordusu buradan Suriyanın şimalındakı Ayn Əl-Ərəb və Təl Əbyad vilayətləri arasından keçərək Münbicə daxil ola bilər. Türkiyənin tank diviziyalarının Şanlıurfaya göndərilməsi də bunun açıq göstəricisidir.

Digər bir istiqamət Münbicin şərqində yerləşən Ayn İssa olacaq. Bu isə Türkiyə ordusuna Rəqqa vilayətinə daxil olmağa imkan verəcək. Bundan sonra Türkiyənin cənub vilayəti Qaziantepdə yerləşdirilmiş qoşunlarının köməyi ilə Cerablusdan hücum ediləcək. Münbicin terrorçulardan təmizlənməsindən sonra ordu Rəqqadakı Qalat Cabarın da təhlükəsizliyini təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə-ordusu   Münbic  

Türkiyənin 5 mərhələli Münbic planı

2019/01/tanks-1547279427.jpg
Oxunub: 734     11:49     12 Yanvar 2019    