“Pentaqonun 250 kiber boşluğu var” - EKSPERT

2019/01/dfars-1547276660.jpg
Oxunub: 621     22:02     12 Yanvar 2019    
“Pentaqonun kibertəhlükəsizlik sahəsində bəziləri on illərdir mövcud olan 250-dən çox həssas nöqtəsi var”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə amerikalı müxbir və müfəttiş Cek Koriqen məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ilin iyul və 2018-ci ilin iyul aylarında keçirilmiş təftişlər nəticəsində məlum olub ki, üzərində işlənməli olan 266 problem var.

“Bunların bir çoxu Pentaqonun kibertəhlükəsizlik sahəsindəki boşluqları müəyyən etməsindəki baxış bucağından asılıdır. Kiber idarəçilik, kiber siyasət və kiber təcrübələr sahələrində boşluqlar var”, - deyə o bildirib.

Koriqen bildirib ki, düşmənlərdən getdikcə artan miqdarda gələn kiber hücumlar informasiya sistemlərinə sızmağa və onları məhv etməyə çalışır. Əsas məsələ isə proaktiv olmaq və çatışmazlığı hələ o özünü göstərmədən aşkarlamaqdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Kibertəhlükəsizlik  

“Pentaqonun 250 kiber boşluğu var” - EKSPERT

2019/01/dfars-1547276660.jpg
Oxunub: 622     22:02     12 Yanvar 2019    