NI: Rusiyanın ən böyük hərbi problemi ABŞ deyil

2019/01/TankE-1547272475.jpg
Oxunub: 619     20:12     12 Yanvar 2019    
Vladimir Putinin hipersəs raketlərinə, modern torpedolara və Suriyaya müdaxiləyə nə qədər pul xərclədiyi məlumdur, lakin Rusiyanın ən böyük hərbi problemi ABŞ deyil.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Maykl Pek məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın hətta öz əsgərlərini yaşayış minimumları ilə təmin etməyə gücü çatmır. Tanınmış rus jurnalisti Vladimir Muxin isə “Nezavisimaya” qəzetində yazdığı köşə yazısında qeyd edib ki, “müdafiə büdcəsi çoxdur, lakin insan faktoru üçün yalnız kiçik vəsaitlər ayrılır”.

Muxinin sözlərinə görə, müdafiə büdcəsi milli büdcənin 28,7%-ni təşkil edir, lakin bu, əsgərlərin, yaxud hərbi təqaüdçülərin rifahının yaxşılaşdırılmasına xidmət etmir. Bundan əlavə, jurnalist hərbi klinikalarda dərman çatışmazlığı olduğundan bəhs edib və hərbçilərin ehtiyacı olan tətillərin onlara verilmədiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ  

NI: Rusiyanın ən böyük hərbi problemi ABŞ deyil

2019/01/TankE-1547272475.jpg
Oxunub: 620     20:12     12 Yanvar 2019    