ABŞ və Çin HDD rəsmiləri növbəti həftə görüşəcək

2019/01/f-usc-1547270491.jpg
Oxunub: 430     09:12     12 Yanvar 2019    
ABŞ və Çin donanması rəsmiləri növbəti həftə hərbi və ticari gərginliyi azaltmaq məqsədilə Çində görüşəcəklər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ donanmasının dəniz əməliyyatlarının başçısı admiral Con Riçardson məlumat verib.

O, 13-16 yanvar tarixlərində Pekinə səfər edəcəyini və həmkarı Şen Cinqlonq, eləcə də Çinin Mərkəzi Hərbi Komissiya üzvləri ilə görüşəcəyini bəyan edib.

“Dürüst və səmimi dialoq münasibətləri konstruktiv çərçivədə inkişaf etdirə bilər, xüsusilə də fərqlərimizi azaldaraq ortaq marağımız olan sahələrdə işləyə bilsək”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Çin   HDD  

ABŞ və Çin HDD rəsmiləri növbəti həftə görüşəcək

2019/01/f-usc-1547270491.jpg
Oxunub: 431     09:12     12 Yanvar 2019    