“Made in India”: ABŞ-ın F-16 qırıcıları?

2019/01/RTX68-1547210474.jpg
Oxunub: 591     21:39     11 Yanvar 2019    
“Lockheed Martin” şirkəti Hindisanın “Tata Advanced Systems” şirkəti ilə “Fighting Falcon”un ən son veriyası olan F-16 “Block 70” təyyarəsinin qanadlarının Heydərabadda istehsal olunması ilə bağlı əməkdaşlığa başlayıb.

“Lockheed Martin” rəsmisinin verdiyi məlumata görə, Hindistan şirkətinin öz istehsal qabiliyyətini göstərməsi və “Lockheed Martin”in sertifikatlı təchizatçısı olması təxminən iki il çəkəcək. Qanadların istehsalının isə 2020-ci ilin sonu 2021-ci ilin əvvələrində başlaması planlaşdırılır.

Prezident Trampın istehsalı ABŞ sahillərinə geri gətirmək istədiyi hər kəs tərəfindən bilinir, lakin bu, Amerikanın əsas döyüş qırıcılarından birinin komponentlərinə aid edilmir. Çunki hal-hazırda da F-16-nın qanadları İsraildəki İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunur və bunun Hindistana verilməsi ABŞ-da heç bir itkiyə səbəb olmayacaq.

“Lockheed Martin” açıqlayıb ki, bu, şirkətin Hindistanla olan əməkdaşlığını və “Tata”ya olan etibarını əks etdirən strateji biznes qərarıdır. Şirkət bunun sayəsində gələcəkdəki müştəriləri üçün də qanadlar istehsal etmə bacarığına yiyələnəcək.

Qeyd edək ki, bu qırıcı təyyarə komponentlərinin istehsalı üçün tək yer dəyişikliyi deyil. “Lockheed Martin” F-16 “Block 70” və ona oxşar model olan, mühərriki “General Electric” əvəzinə “Pratt & Whitney” tərəfindən hazırlanan F-16 “Block 72” təyyarələrinin yığılmasını Texasdakı “Fort Worth”dan Cənubi Karolinadakı “Greenville”ə köçürür.

“Block 70” və “Block 72” hər ikisi yüksək aviasistemlərə, APG-83 Aktiv Elektronik Skan radar sisteminə, müasir pilot kabinəsinə, qabaqcıl silahlara, xüsusi formalı yanacaq çənlərinə, quruda toqquşmadan yayınmanı təmin edən avtomatik sistemə, qabaqcıl mühərrikə və 12 min saatlıq istismar müddətinə malikdir.

“F-16 Block 70”u ilk sifariş edən ölkə Bəhreyn olub. Ölkə iyun ayında dəyəri 1,1 milyard dollar olan 16 təyyarə sifariş edib. Ardınca isə ABŞ qırıcısını İsveç istehsalı “Saab Gripen”dən üstün tutan Slovakiya 14 təyyarə sifariş edib.

“Biz F-16 “Block 70”ləri həmçinin Bolqarıstan HHQ üçün müzakirə edirik və hal-hazırda bir çox başqa müştərilər ilə F-16 və F-16V istehsalı üçün müzakirələr aparırıq. Əgər Hindistan HHQ də gözlənilən sayda – 70 ədəd F-16 sifariş edərsə, ümumilikdə 400-dən çox təyyarə istehsal ediləcək”, - deyə şirkət rəsmisi Lozinqer qeyd edib.

“Lockheed Martin” və ABŞ üçün yaxşı xəbər odur ki, Rusiyanın keçmiş alıcıları olan Bolqarıstan və Hindistan kimi ölkələr “MiQ”ləri əvəzləmək üçün ABŞ təyyarələrini seçir. Qanadların Hindistanda istehsal olunması isə Hindistan iqtisadiyyatında müsbət irəliləyişlərə səbəb olacaq.

F-16 komponentləri xaricdə istehsal olunan yeganə təyyarə deyil, F-15-lərin də İsrail və fərqli ölkələrdə istehsal edilən hissələri var. Buna görə də, ABŞ təyyarə istehsalçıları komponentlərin satınalınması və təyyarələrin xarici ölkələrə satılması məsələlərini asanlaşdırmaq üçün azad ticarəti dəstəkləyir. Bu isə Tramp administrasiyasının siyasəti ilə üst-üstə düşmür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-16   Hindistan   İsrail   ABŞ  

“Made in India”: ABŞ-ın F-16 qırıcıları?

2019/01/RTX68-1547210474.jpg
Oxunub: 592     21:39     11 Yanvar 2019    