Hərbi simulyasiya bazarının dəyəri nə qədər olacaq?

2019/01/milit-1547205187.jpg
Oxunub: 874     20:11     11 Yanvar 2019    
2026-cı ildə hərbi simulyasiya və virtual təlim bazarının ümumi dəyərinin 15,12 milyard dollara çatacağı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Acumen” Tədqiqat və Konsultasiya şirkətinin araşdırmasında məlumat verilib.

Araşdırmada qeyd edilib ki, qeyri-ənənəvi hərbi avadanlıq və proqram təminatlarına olan tələb getdikcə artır. Gərginləşən siyasi və iqtisadi mühit isə professional insan gücünün və hərbi təlimlərin əhəmiyyətini daha da artırır. Virtual təlim və hərbi simulyasiyaların ənənəvi təlimlərdən daha ucuza başa gəldiyi və buna görədə bu bazarların getdikcə daha da dəyərləndiyi bildirilib.

Hazırda virtual təlimlər sayəsində Şimali Amerika materikinin lider olduğu qeyd edilib. Bazarın əsas aparıcı şirkətlərindən BAE, “Thales”, CAE, “Northrop” və “Lockheed”in adları qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbisimulyasiyabazarı  

Hərbi simulyasiya bazarının dəyəri nə qədər olacaq?

2019/01/milit-1547205187.jpg
Oxunub: 875     20:11     11 Yanvar 2019    