C. Koreya MN 5 illik planını açıqlayıb

2019/01/ROK-m-1547203838.jpg
Oxunub: 528     20:50     11 Yanvar 2019    
Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi növbəti il üçün hərbi bacarıqlarını 10,8% artıracağını və nüvə hücumu təhlükəsinə hazırlaşacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş 5 illik planda məlumat verilib.

“2019-2023-cü illərdə hərbi sahə üçün 242 milyard dollar vəsait ayrılacaq. Hər il müdafiə büdcəsi 7,5 % artacaq”, - deyə planda qeyd olunub.

5 illik planda əsas yer tutan məsələlərdən biri Cənubi Koreyanı qeyri-müəyyən təhlükəsizlik mühitində istənilən istiqamətdən gələn hücumlara qarşı hazırlayacaq “Müdafiə İslahatları 2.0” proqramıdır.

Bundan əlavə, HHQ-nin inkişafı üçün nəzərdə tutulan proqramda yerli istehsal yeni nəsil silah sistemlərinin hazırlanması da nəzərdə tutulub. Nüvə hücumlarından qorunmaq və əməliyyat nəzarətinin təmin edilməsi üçün isə 58,8 milyard büdcə ayrıldığı bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   Plan  

C. Koreya MN 5 illik planını açıqlayıb

2019/01/ROK-m-1547203838.jpg
Oxunub: 529     20:50     11 Yanvar 2019    