ABŞ-ın yeni qanunu gərginliyi artıra bilər?

2019/01/10484-1547214267.jpg
Oxunub: 391     17:32     11 Yanvar 2019    
“Ötən il Tramp tərəfindən imzalanmış və yeni qüvvəyə minən “Asia Reassurance Initiative Act” qanunu Çinlə müsbət, çoxşaxəli və hərtərəfli əməkdaşlığı nəzərdə tutsa da, gərginliyi artıra bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hərbi tədqiqatçı Ekaterina Blinova danışıb.

Onun sözlərinə görə, bu qanun ASEAN ölkələri və Tayvanla da iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrini artırmağı ehtiva edir. Hindistanın “əsas müdafiə əməkdaşı” olaraq müəyyən edildiyi qanunda iki ölkə arasında hərbi mübadilələr nəzərdə tutulub.

Bundan əlavə olaraq, bu qanunda ABŞ, C. Koreya və Yaponiya arasında üçtərəfli təhlükəsizlik əməkdaşlığı, raketdən müdafiə sahəsində əməkdaşlıq və kəşfiyyat məlumatlarının paylaşılması da nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   ASEAN  

ABŞ-ın yeni qanunu gərginliyi artıra bilər?

2019/01/10484-1547214267.jpg
Oxunub: 392     17:32     11 Yanvar 2019    